08-04-2014 [11:15]
Ölkədə fəaliyyət göstərən mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Operatorlar daha çox pul qazanmağa kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə ünvanlanıb, nəinki texniki yeniliklərə.
Hazırda ölkədəki mobil operatorların – "Azercell”, "Bakcell” , "Nar Mobile” - hər birinin özünün bazar siyasəti, funksiyası var. Məsələn, birinci açıq şəkildə bahalı tarif siyasəti yeridir. "Bakcell” isə aşağı qiymətlərlə, şirnikləndirici xidmətlələrlə abunəçilərin cibinə girir. Yəni mobil operatorun mənfəət götürmək siyasəti dolayı və gizlidir. Açıq bazar qanunauyğunluqlarından çox-çox uzaq. "Nar Mobile” gəlincə, ”iki köhnə qurdun” olduğu bazarda hələ də yerini müəyyən edə bilməyib. Xidmət keyfiyyəti aşağıdır. Bu məsələdə operatora ən çox maneəni isə "Azercell” yaradır. (Bu barədə növbəti məqaləmizdə bəhs edəcəyik).
Başlayaq, daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan "Bakcell”dən. Hansı ki bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə "mahir cibgir” kimi girir. Məsələn, bu günlərdə Fuad Ağamaliyev adlı "Bakcell” abunəçisi az qala bütün ölkəyə şikayət etdi. Abunəçinin şikayətində bildirilirdi ki, "Bakcell” 9971 nomreli bir xidmetlə müqavilə imzalayıb və onun balansındakı pulu mənimsəməklə məşğuldur: "Tanımadığım sayta nömrəmi qeydiyyata aldıraraq günə minimum 0.58 qəpik pul tutur. Bu gün ərzində iki-üç dəfədə təkrarlanır bəzən. Balansda həftə ərzində 10 AZN-ə yaxın pul bu xidmətə görə yoxa çıxır. Şikayət etdikdə isə bildirirlər ki, 9971-ə böyük hərflərlə stop yazıb göndərin xidmət deaktiv edilsin. Deaktiv xidmətinin qiyməti isə 0.76 qəpikdir.
Əslində bu, bir abunəçinin etirazıdır. "Bakcell”in qiymət siyasətinə nəzər yetirdikdə hərc-mərcliyi açıq aydın görmək olur.
Kredit maxinasiyası
"Bakcell”in kredit xidməti də rəsmən sələmçi funksiyasını yerinə yetirir. Belə ki, əvvəllər 1 kredit borcu olan abunəçi 1 manatlıq kontur almaqla borcunu ödəyə bilərdi (96 qəpik). İndi isə bunun üçün ən az 2 manatlıq kontur almaq lazımdır. Çünki yeni tarifə əsasən kredit borcu 1.20 AZN təşkil edir.
Eyni qayda ilə, 2 kredit borcunu ödəmək üçün dəyişikliyə qədər 2 manatlıq kontur almaq kifayət edirdisə, indi bu rəqəm 2.40 AZN-dir, Lakin bu hamısı deyil. Mobil operator kredit borcu ödənildikdən və balans artırıldıqdan sonra da 1 AZN çıxır. Balansından pulu yoxa çıxan abunəciyə isə heç bir arayış verilmir.
Digər tərəfdən, 2 kredit borcunu ödəməyənlər nə əlavə kredit əldə edə bilir, nə də başqa nömrədən öz balansına məbləğ göndərə bilir.
Bahalı pul köçürməsi
"Bakcell”in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman hər 20 qəpiyə 1 qəpik xidmət haqqı tutulur. 6-10-cu göndərişlərin qiyməti- hər bir göndəriş üçün 5 qəpik təşkil edir.Növbəti göndərişlərin qiyməti 10 qəpik olur.
Günboyu 0 tarifi ilə soyul
Operatorun kampaniyalarının şərtləri sərfəliliyi ilə "gözləri yaşardır”. Götürək Günboyu 0 tarifini. Tarif dəqiqəsi 0 qəpiyə səhər saat 8:00-dan axşam saat 18:00-dək şəbəkədaxili limitsiz danışmağı nəzərdə tutur. Hansı şərtlərlə? Əsas məsələ də budur. Tarifə qoşulandan sonra balansından hər gün 29 qəpik çıxılır. İlk 3 gün ərzində yeni nömrələrdə gündəlik abunə çıxılmır.Göründüyü kimi, istifadə edildi –edilmədi gün ərzində abunəçi 29 qəpik itirir. Bundan əlavə nəzərə alsaq ki, 8:00-dan axşam saat 18:00-dək ölkədə iş saatıdır. Aradakı müddətdə insanlar daha çox işləməyə üstünlük verirlər nəinki ünsiyyətə.
"ƏlaCIN” tarifi
Saatlarla danışmağı xoşlayanlar üçün olan bu tarifdə şəbəkədaxili 1 saat ünsiyyət 7 qəpik təşkil edir. Tarifə qoşulma haqqı da ucuz deyil. Nə az nə çox 1 AZN. Amma əsas məsələ bu deyil. İlk baxışdan sərfəli görünən tarifin sualtı daşları var. Konkret olaraq, tarifə qoşulanların heç də hamısı gün ərzində yığdıqları nömrələrlə 1 saat danışmırlar. Nəticədə hər şəbəkədaxili zəngə 7 qəpik "Bakcell”in cibinə gedir.
Sevimlicin
Tarifin şərtləri də digər tariflərdən fərqlənmir. Bu tarifdə Azərbaycanın bütün mobil operatorların nömrələrinə və şəhər telefonlarına zənglər üçün vahid qiymət (dəqiqəsi) 8 qəpikdir.Ta rifə keçid haqqı – 1 AZN-dir. Əgər bu tarifə keçidi təzə SİM kartı (SevimliCIN) aldığınız gün edərsinizsə, keçid pulsuz həyata keçirilir. Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 10 saniyə, şəbəkəxarici zənglərin tarifikasiya müddəti – 15 saniyədir.Göründüyü kimi avantajları geniş deyil.
.
"BlackBerry” paketi
"Bakcel”l "BlackBerry” paketi isə ən bahalı xidmət sayıla bilər.Mobil operator CIN, Klass və Gold abunəçilərinin qoşulma tariflərinə nəzər yetirək. Bu sahədə 5 paket növü təqdim edir. Bunlardan ən ucuzu və keyfiyyətsizi Social 7 paketidir. Hansı ki istifadə müddəti 7 gün, trafikin həcmi 150 MB-dır. Qiyməti 3,33 manat olan paketlə "BlackBerry”nin "yes” düyməsi belə işləmir.Belə ki, operatorun saytında Social 7 paketində BBM (çat), BB mail (electron poçt), social şəbəkələr üçün BB əlavələr, internetə giriş kimi xidmətlərin mümkün olduğu qeyd edilir. Halbuki reallıqda 150 MB trafiklə bu xidmətlərin heç birindən istifadə mümkün deyil. Social 7 paketi sadəcə telefonun ekranında internetə çıxış işarəsinin yanıb sönməsinə kifayət edir. İnternet trafiki "BlackBerry” telefonları üçün deyil.
600 MB-lıq Social 30 paketində də sürətli internet xidmətindən söhbət gedə bilməz. Əslində "BlackBerry” telefonları üçün paketlərinin qiyməti 14 manatdan başlayır. 1GB-lıq "Complete” paketinin qiyməti 13.99 manatdır.
Diqqəti çəkən daha bir məqam paket üçün ayrılmış trafik bitdikdən sonra abunəçinin başına gətirilən oyunlardır. Operatorun rəsmi internet ünvanında hər 1 MB-ın 0.10 AZN təşkil edəcəyi bildirilir. Lakin bir məsələ də var. İnternet istifadə edilmədiyi halda növbəti paket yüklənənə qədər "BlackBerry” konturları "yeyir”. Hər 1 saata balansdan 10 qəpik çıxılır.
publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi