“Moskva” univermağındakı sahibkarlara sığorta ödənişi düşmədi

img

07-04-2014 [12:45]


Bir qədər əvvəl yanğın baş vermiş "Moskva” univermağına dəyən zərərlə bağlı sığorta ödənişindən burada işləyən sahibkarlara pay düşməyəcək.

Bu barədə fins.az-a açıqlamasında "Moskva” univermağının direktor müavini Anar Babayev bildirib. Onun sözlərinə görə, hazırda yanğınla bağlı araşdırma, istintaq prosesi davam edir.
Yanğın nəticəsində dəymiş ziyanın təxminən 800 min manat olduğunu və univermağın "Azsığorta” şirkətində sığortalandığını xatırladan A.Babayev bildirib ki, hadisə ilə bağlı alınacaq sığorta ödənişi yalnız univermağın təmir xərcləri üçün nəzərdə tutulub: "Sahibkarlara hər hansı bir ödəniş verilməyəcək. Çünki onlar mallarını sığortalamayıblar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA