«Meqa Sığorta»nın «Nikoylbank»la 100 minlik çəkişməsi böyüdü - Özəl

img

07-04-2014 [11:19]


«Meqa Sığorta» ASC ilə  «Nikoyl» bankı arasında təxminən 100 min manatlıq vəsait uğurunda yaranmış mübahisə «çərçivə»dən çıxıb. Belə ki, sığorta şirkəti hazırda nəinki bankla davasını sürətləndirib, hətta üzrə qanunsuz hərəkətlər etdiyi iddia olunan Ədliyyə Nazirliyinin işçilərinin cəzalandırılmasını tələb edir.

 Bu barədə MİA.A-A məhkəmədən sızan xəbərə görə, «Meqa Sığorta» ASC ilə  «Nikoyl» bank arasında yaranan 98.575.42 avro məbləğində vəsait uğurunda məhkəmə çəkişmələrinin davam etdiyi bir ərəfədə Ədliyyə Nazirliyinin tabeliyində olan Səbail rayon İcra Şöbəsi həmin vəsaiti tutmaqla yanaşı, məcburi ödənişi təmin etmək adı altında da əlavə 7.248 manat pulu da sanksiyalaşdırıb. Bu isə sığorta şirkəti tərəfindən sərt şəkildə qarşılanıb: «İndi sığorta şirkəti əsas cavabdeh qismində Səbail rayon İcra Şöbəsini göstərməklə yanaşı, «Nikoyl» bankı da üçüncü şəxs qismində məhkəməyə cəlb edib. Şirkət məhkəmədən cavabdeh qismində göstərdiyi Bakı şəhəri Səbail rayon İcra Şöbəsi   «Nikoyl» İKB-nin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb etməklə bərabər, həm qanunsuz tutulmuş 98.575,42 avro məbləğində pulun geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi, habelə icra ödənişi kimi tutulmuş 7.248 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və cavabdehin vəzifəli şəxslərinin hərəktələri barədə xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsini tələb etməyə başlayıb. Bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin icraatındadır. Əgər hakim Valeh Ağayev aprelin 8- sığorta şirkətinin şikayətini təmin edərsə, o zaman bir çox vəzifəli şəxslərin barəsində çıxarılan qərardad prokurorluğa göndəriləcək. Bu isə prokurorluğun adıçəkilən qurumların rəhbər şəxslərinin barəsində cinayət işinin başlanması deməkdir». 

Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənə bilmədiyimizdən təfərrüatlara toxunmadıq. Adıçəkilənlərin mövqeyini dərc etməyə hazırıq.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA