Metroda qiymətin qalxması ilə bağlı rəsmi açıqlama yayıldı

img

02-04-2014 [21:45]


"Metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”. 

APA xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev metroda gediş haqlarının artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

A.Əliyev qeyd edib ki, bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, metroda gediş haqlarının dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı müraciət daxil olmayıb və bu məsələ Tarif Şurasında müzakirə olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA