Zəngəzur dəhlizi haqqında... - Sabiq nazir yazır
25-04-2022 [00:03]
Saleh Məmmədov.
Sabiq maliyyə naziri, professor
***
Vəziyyət günbəgün dəyişir. Rusiyanın Ukraynaya soxulması işi daha da ciddiləşdirdi. Dünya qlobal və mürəkkəb dəyişikliklər ərəfəsindədir. Azərbaycanın layihəsi olan Zəngəzur dəhlizi bütün reqion dövlətlərini bu yol üzrə Azərbaycana müraciət etməyə məcbur edir. Əsas mərkəz də Azərbaycandı.
Bu yaxınlarda Azərbaycan Dünya elmi analitik mərkəzinin (ADEM) illik planlarının müzakirəsi zamanı bu beyin mərkəzinin ilk layihəsi olaraq Zəngəzur dəhlizi sammiti proqrama salınmışdır. Hazırda bu proqramın araşdırılma ası üzrə mərkəzdə geniş iş başlanılmışdır. Məsələ burasındadır ki, (ADEM-in toplantısında mənim çıxışımdan) elə bir vəziyyət yaranıb ki, 4 milyard əhalini və 100 milyonlarla ton yük daşımalarını əhatə edən yeni İpək yolu təhlükə qarşısındadır. Şərq ölkələri (Çin, Yaponiya, Koreya, həmçinin İndoneziya, Avstraliya, Hindistan və s.) ilə Avropa arasında böyük həcmdə yük axınını təmin edən yol məhduddur. Dəniz yolu həm çox vaxt aparır (35-60 gün), həm Süveyş kanalına görə buraxılış gücü məhduddur. Quru yolu əsasən Rusiyanın ərazisindən keçirdi. 2021-ci ildə bu yolla təqribən 40 milyon ton yük daşınmışdır. Rusiya Ukrayna müharibəsi və bununla əlaqədar Rusiyaya tətbiq olunan sanksiyalara görə Çin bir aydan çoxdur ki, bu daşımaları dayandırdı. Yaxın gələcəkdə bu problemin həllinə ümid yoxdur. Alternativ yol kimi istifadə olunan Gürcüstan vasitəsi ilə Qara dəniz yolu yenə də problemli və təhlükəlidir. İran (Cənubi Azərbaycan) vasitəsi ilə yol İrana qoyulan sanksiyalara görə mümkün deyil. Cənubi Azərbaycan dəhlizi yalnız daxili daşımalar üçün istifadə edilə bilər. Bütün dünyanın gözləri bu dar dəhlizə dayanıb. Azərbaycan prezidenti İ. Əliyev cənabları vəziyyətin bu hala gəlməsini yaxşı bilirdi, ona görə də əsas gücü bu dəhlizin açılmasına yönəltmişdir. Qarabağda bir neçə aeroportun açılması, dəmir yolunun, geniş şosse yollarının inşaatıı, rəqəmsal infrastrukturun yaradilması sürətlə həyata keçirilmiş, intensiv siyasi danışıqlar aparılmışdır. Prezidentin tapşırığı ilə respublikasının dəmir yollarının rəhbəri Cavid Qurbanov cənabları uzun müddətdir ki, bu layihə üzərində işləyir, bir sıra ciddi problemlər çıxmasına baxmayaraq xeyli uğurlar əldə olunmuşdur. Son Avropa danışıqları da göstərdi ki, Avropa, həm də Azərbaycanın əlində böyük imkanlar var ki, Ermənistanı məcbur etsin, çünki ikinci variant yoxdur.
Amma, dəhlizə Ermənistan da razılıq versə də, başqa problem ortaya çıxacaq. Xəzər dənizindən keçid problemi həm daşımanın maya dəyəri, həm də müddət etibarı ilə əlverişsiz hal alır. Əvvəllər, Çin-Almaniya marşurutu ilə vaqon daşıması 14-15 gün çəkirdi, parom daşınmasında bu rəqəmə nail olmaq mümkün deyil. Məsrəflərə gəldikdə, bir vaqonun paromla dənizdən keçirilməsi 1200 dollara yaxın pul tələb edir. Dəmir yolları rəhbərliyinin böyük yük daşıma üzrə rəqabətdə Rusiyaya uduzmasının da əsas səbəblərindən biri Kasparın belə tarifləri idi . Həm də bu yüklərin hamısının Xəzərdən keçməsi böyük tıxac yaradacaq. Zənn edirəm, artıq indi belə tıxac var.
Bu problemlərin aradan qaldırılması üçün hələ müstəqilliyin ilk illərində hazırladığım Xəzərin dibi ilə yol çəkilməsi layihəsi böyük əhəmiyyət kəsb edir. O vaxt bu layihə beynəlxalq təşkilatlara qədər gedib çıxmışdı və bəyənilmiş di. (Bax kitab: Saleh Məmmədov, Azərbaycanın iqtisadi inkişaf proqramı (2000-2050-ci illər), Bakı, 2000). Maliyyə mənbələri problemi araşdırılırdı. Bu gün Çin, Yaponiya, Avropa ittifaqı, hətta, ABŞ bu layihəni maliyyələşdirməkdə çox maraqlıdı. İndi Azərbaycanın bir böyük üstünlüyü də var. Bakı-Kars dəmir yolu hazırdı, Zəngəzur da bir neçə hava limanları var və/və ya tikilir, tıxacı aradan qaldırmaq üçün bu alternativlərdən də istifadə olunacaqdır.
Böyük qələbə, düşünülmüş taktiki gedişlər, düzgün siyasət nəticəsində bu gözəl şərait və şans yaranmışdır. İldə bu yol hesabına ölkəyə bu günkü ixrac qədər xidmət ixracı (ildə 10 milyardlarla dollar) daxil ola bilər. Bütün ictimaiyyətin diqqəti indi bura yönəlməlidir. Elə bir sistem qurulmalıdır ki, regionda sabitlik yaradıldıqdan sonra da bu ölkələr daha yeni alternativ axtarmasın, bu tranzit həmişəlik burada qalsın. Tarix boyu, liderlər arasında İpək yolu uğurunda mübarizə həmişə kəskin olub. Hazırda bu tranzitin, əsasən, Azərbaycanın əlinə keçməsinə heç bir maneə qalmamışdır.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər