Dövlət Sosial Müdafiə Fondundakı 250 vəzifə vakant elan olundu

img

01-04-2014 [17:07]


Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2014-cü il 1 aprel tarixdən 18 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 442 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə)elan edir.

Komissiyadan bildirilib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 414-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında,28-i isəməhkəmə orqanlarının aparatındadır.

"Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraqmüsabiqəyəçıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn,ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşımüsabiqədəiştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:


1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı- 15 test tapşırığı;


2. qanunvericilik sahəsində- 40 test tapşırığı;


3. informasiya texnologiyaları sahəsində- 15 test tapşırığı;


4. məntiqi düşünmə qabiliyyəti sahəsində- 30 test tapşırığı

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədəiştirak etmək arzusunda olan vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 1 aprel 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyədair ətraflı məlumat "Respublika” qəzetinin 1 aprel 2014-cü il tarixli sayında və 1 aprel 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) verilib.

Mərkəzi icra hakimiyyəti orqanlarından - Dövlət Sosial Müdafiə Fondu üzrə 250 vakant vəzifə və Dövlət Statistika Komitəsi üzrə 68 vakant vəzifə müsabiqəyə çıxarılıb.

Qeyd edilən 2 dövlət orqanındakı vakant vəzifələr (318 vəzifə) ümumilikdə müsabiqəyə çıxarılan vakant vəzifələrin 71,95%-ni təşkil edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA