Maşın bazarında bahalaşma gözlənilir - Deputat

img

01-04-2014 [12:58]



Azərbaycanda "Avro-4" standartının tətbiqi avtomobillərin qiymətinin artımına səbəb olacaq.

Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

O, "Avro-4" standartının müsbət və mənfi cəhətlərində danışarkən bildirib ki, bu məsələyə ilk növbədə ekoloji baxımdan yanaşmaq lazımdır: "Bakı şəhərində atmosferə atılan zəhərli maddələr avtomobillərdən ixrac olunur. Bu, ciddi amildir. Ona görə də avtomobillərin saz olması önəmlidir. Atmosferə atılan zərərli maddələrin azaldılması böyük əhəmiyyət daşıyır."

Deputat avtomobillərin və yanacağın keyfiyyətinə də toxunub və söyləyib ki, biz Avropaya inteqrasiya edirik. İnteqrasiya zamanı mütərəqqi məqamları götürməliyik: "Birdən-birə "Avro-2"-dən "Avro-4"-də keçmək Azərbaycanın həvəsli və sürətlə hərəkət etməsini göstərir. Zamanı keşmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş avtomobillərin yeniləriylə əvəzlənməsi mühümdür. Düzdür, bir sıra problem olacaq. Yəni Azərbaycana gətirilən avtomobillərin böyük hissəsinin buraxılış ili məhz 2005-ci ilə qədər olmalıdır. Həmin avtomobillərin idaxalında məhdudiyyətlər yaranan zaman say azalacaq. Bu zaman tələb və təkliflə ola bilər ki, avtomobillərin qiymətində artım qeydə alınacaq. Bir mənalı şəkildə avtomobillərin qiyməti qalxa bilər. Buna əks təsir göstərən amillər də var. Məsələn, kreditlərlə bağlı tələblərin sərtləşdirilməsi əks təsir göstərən amildir."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA