Azərbaycanda bu gündən «Euro-4» standartının tətbiqinə başlanılır

img

01-04-2014 [11:33]


Bu gündən Azərbaycan «Euro-4»standartına keçib. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 636-2012 «Yol nəqliyyatı. Ekoloji siniflər»dövlət standartına dəyişiklik təsdiq edilib.

Dəyişikliyin tətbiq vaxtı aprelin 1-dən müəyyən edilib. Əmrə əsasən, avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu barədə cədvələ dəyişiklik edilib.

Xatırladaq ki, Nazirlər Kabinetinin «Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin «Euro-4» ekoloji normalarına uyğunlaşdırılması barədə» 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə «Euro-4» ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların «Euro-4» ekoloji normalara uyğun olması əsas götürüləcək.

Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu

Nəqliyyat vasitəsinin mənşə ölkəsi

Nəqliyyat vasitələrinin buraxılış illəri

Ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn

2

3

4

5

Avropa İttifaqına daxil

olan ölkələr, benzin *

1997 – 2000

2001 – 2004

2005-dən

01.10.2009-

dan

Avropa İttifaqına daxil

olan ölkələr, dizel

1997 – 2001

2002 – 2004

2005-dən

01.10.2009-

dan

ABŞ

1996 – 2000

2001 – 2003

2004-dən

Yaponiya

1998 – 2004

2005 – 2010

2011-dən

0

Çin

2004 – 2007

2008-dən

2011-dən

—

Koreya

2001 – 2002

2003 – 2005

2006-dan

—

Ukrayna, M kateqoriyalı

2006-dan

2010-dan

2014-dən

—

Ukrayna, N kateqoriyalı

2007-dən

2010-dan

2014-dən

—

Belarus

2006 – 2007

2008-dən

2014-dən

—

Özbəkistan

2007 – 2009

2010-dan

2012-dən

—

Qazaxıstan

2006 – 2011

2012-dən

2014-dən

—

Rusiya

2006 – 2007

2008-dən

2013-dən

2014-dən

Türkiyə

—

—

2009-dan

—

İran

2009-dan

—

—

—



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA