PA-dan Qarabağ əlilləri ilə bağlı xüsusi tapşırıq

img

31-03-2014 [15:57]


Prezident Administrasiyasından Qarabağ müharibəsi əlilləri ilə bağlı xüsusi tapşırıq verilib.

Avropa.info-nun hakimiyyətdəki mənbələrdən əldə etdiyi məlumata görə, bütün rayonların icra hakimiyyətlərinə və müvafiq dövlət strukturlarına Qarabağ əlillərinin problemlərini həll etməklə bağlı göstəriş verilib. Mənbə bildirir ki, Qarabağ qazisi Zaur Həsənovun məmur özbaşnalığı nəticəsində özünü yandıraraq öldürməsindən sonra, yaşanan narazılıq hakimiyyət dairələrini bu məsələyə daha həssaslıqla yanaşmağa sövq edib. "Bu hadisədən sonra, Qarabağ əlillərinin sosial problemlərini həll etmək üçün müəyyən işlər görülüb. Hətta Qarabağ əlillərinin sosial problemlərinin həlli üçün rəsmi sərəncam da verilib".

Mənbə qeyd edir ki, bir neçə gün öncə isə, büyün icra hakimiyyətlərinə Qarabağ əlilləri ilə görüş keçirmək və onların problemlərini yerindəcə həll etməklə bağlı tapşırıq verilib: "Belə bir görüşün keçrilməsi ilə bağlı artıq icra hakimiyyətlərində hazırlıq gedir. Bütün rayonların icra orqanlarında belə toplantıların keçirilməsi nəzərdə tutulur".

Adının açıqlanmaması şərti ilə Avropa.info-ya danışan, Binəqədi rayonunda yaşayan Qarabağ müharibəsi əlillərindən biri faktı təsdiqləyib. Qarabağ əlili Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov tərəfindən onlara toplantı ilə bağlı dəvət gəldiyini deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA