Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır
30-03-2022 [11:24]
Elçin Mirzəbəyli
***
Ciddi və əsaslı araşdırma aparmadan Mixail Delyaginin ölkəsində çox böyük "nüfuz" sahibi olduğunu iddia edənlərin nəzərinə: Delyagin ideoloji baxışlarını və "sahiblərini" bir neçə dəfə dəyişdiyinə görə, Rusiyanın gerçək, yəni içtimai rəyə çeşidli vasitələrilə sırınmayan elitası arasında nüfuz sahibi deyil. Özünə hörmət edənlər bu məxluqdan, sadəcə iyrənirlər.
İndi isə Delyaginin müsahibələrində yer alan məqamlara diqqət çəkməklə, bu adamın, sıradanbir böhtançı və şöhrətpərəst yalançı olduğunu dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Deməli belə...
Mixail Delyagin müsahibələrindən birində deyir ki, beynəlxalq birlik Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə ona görə loyallıq nümayiş etdirib ki, bu ərazilərdə separatçıların və Ermənistan hakimiyyətinin "brilliant istehsalı ilə məşğul olan müəssisələri" fəaliyyət göstərib və bu "müəssisələr" dünya bazarında böyük şirkətlərə ciddi problemlər yaradıblar. Bu şirkətlər də separatçıların və müharibə cinayətkarlarının onlara "mane olan" biznesini sıradan çıxarmaq üçün Azərbaycana lobbiçilik ediblər...
Delyaginin “axmaq” olub olmadığını deyə bilmərəm, amma onun bu iddialarına, yalnlz axmaqları inandırmaq mümkündür. Qənaətimə görə, azərbaycanlı iqtisadçılar rusiyalı “iqtisadçı” deputatın bu mülahizələrinin ən yaxşı halda lətifə olduğunu düşünəcəklər. Qeyd edim ki, almaz-brilliant biznesinin dünya üzrə illik dövriyyəsi, ən yaxşı halda 60 milyard dollar təşkil edib. 2019-cu ildən etibarən bu sahədə ciddi eniş müşahidə olunur və çox güman ki, sektorda ən azı 30-40% geriləmə baş verib.
Digər tərəfdən, dünya almaz ehtiyatlarının 30,1 faizi Rusiyada, 15,3 faizi Botsvanada, 10,4 faizi Avstraliyada, 17,3 faizi Konqoda, 6,7 faizi Anqolada, 6,2 faizi Cənubi Afrika Respublikasında, 9,7 faizi Kanadada, 1,6 faizi Zimbabvedə, 1,3 faizi Namibiyada, 1,6 faizi digər ölkələrdə yerləşir. Nə Ermənistanın, nə də hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinin “digər ölkələrin” siyahısında adı yoxdur. Yəni bu o deməkdir ki, Mixail Delyagin axmaq olmasa da, hətta axmaqların belə inanmayacağı nağıl danışır. İndi bu adam, öz cəfəng iddialarını əsaslandırmaq üçün dünyanın nəhəng neft və qaz şirkətlərini nümunə gətirsəydi, bəlkə də kimisə inandırmağı bacarardı. Amma hər kəsə bəlli olduğu kimi, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə, haqqın və ədalətin yanında olanlardan başqa kimsə loyal yanaşmayıb. Hər halda həm işğal, həm müharibə, həm də postmüharibə dövründə dövlətimizin və xalqımızın nə qədər böyük təzyiqlərə məruz qaldığını vicdanını “erməni süfrəsində” itirməyənlər yaxşı bilir.
Hesab edirəm ki, “brilliant”la bağlı məsələ Mixail Delyaginin nə qədər bəsit bir təbliğatçı olduğuna qismən də olsa aydınlıq gətirdi.
Delyaginin axmaqlığını sübuta yetirən və onu öz ölkəsində gülüş hədəfinə çevirən ikinci məqam:
Rusiya Dumasının haqqında söz açdığımız deputatı 2020-ci ilin, təxminən iyun ayının sonunda iddia edirdi ki, Azərbaycan hansısa jurnalistlərin vasitəsilə onu öz təbliğatında istifadə etmək üçün satın almaq istəyib və Delyagin buna qəti etirazını bildirib. Aydındır ki, bu, “satılıram, məni alın” reklamının ən bəsit və çeynənmiş bir formasıdır. Mixail Delyagin Kasyanovun yanından Maslyukovun, oradan Kulikovun, sonra Nemsovun və nəhayət Mironovun yanına hoppana-hoppana gələndə, kluarlarda bu “metod”dan geninə-boluna istifadə edib.
Əvvala qeyd edim ki, Azərbaycanın Rusiyanın hakim elitasının etimad göstərmədiyi, sadəcə istifadə etdiyi, dəfələrlə mövqe və yön dəyişən adama nə ehtiyacı ola bilər?
Həmçinin, əgər ölkəmizdən, Delyaginin iddia etdiyi kimi “bürokratiyanın bir hissəsindən” ona “bizə satıl” təklifi gəlibsə, bunu nə üçün jurnalistlərin vasitəsilə etməlidirlər ki? Jurnalistlərin, həm də Rusiyalı jurnalistlərin vasitəsilə kimisə “satın almağa” cəhd etmək, “təklif”in birjaya, yaxud auksiona çıxarılmasına bərabərdir. Delyaginin havaya uçurduğu növbəti iddia barəsində bu qədər. Yetərli olduğunu düşünürəm.
Ən unikal məqam isə Mixailin öz ideoloji baxışlarını dəyişməsinə haqq qazandırmağa cəhd göstərdiyi zaman dilə gətirdiyi “arqumentlərlə” bağlıdır. Deməli, zamanında deputat olmaq üçün Nemsova və digərlərinə arxa çevirən bu siyasi xizəkçi mövqe dəyişikliyini Yevgeni Yasinin onu “müalicə etməsi” ilə əlaqələndirir. Yəni bu məxluq etiraf edir ki, dünyagörüşü və psixologiyası ilə bağlı hansısa xəstəlikdən müailicə olunub. Amma görünür sağalmayıb. Çünki sonradan iki barışmaz ideologiyanı - liberalizmlə komminizmi calaq etməyə cəhd göstərib və 9 ay, 9 gün, 9 saatdan sonra – saniyəölçənim xarab olub – dünyaya yeni ideya gətirib: “Liberal kommunizm”... Bəh... bəh... bəh! Necədir sizin üçün?
İndi sadəcə öz adımdan çıxış edirəm: Bu adamı hansı əsaslarla ciddiyə almalıyam?
...Mixail Delyaginlə bağlı ortalığa heç bir tutarlı fakt və arqument qoymayan, elə ümumi, şablon cümlələrlə kifayətlənib başqalarına ağıl verməyə cəhd göstərənlərə isə məsləhət görərdim ki, vaxtları olanda öz yazdıqları, yaxud dedikləri ilə yenidən tanış olsunlar... Bu hissəni bir az yumşaq yazdım, necə olsa da özümüzkülərdir.
Rus dilində yazmağı, oxumağı, danışmağı bacarmaq, hələ Rusiya və bu ölkənin ictimai-siyasi arenası, ayrı-ayrı sosial təbəqələrin düşüncə tərzi haqqında məlumatlı olmaq anlamına gəlmir.
Həyatda elə şeylər var ki, onu insana yalnız və yalnız təcrübə qazandırır.
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər