Dünya Bankından Rusiya iqtisadiyyatı üçün bədbin proqnoz

img

26-03-2014 [18:52]


Dünya Bankı Rusiyanın iqtisadi artım tempi ilə bağlı proqnozları ən optimist ssenari üzrə 2,2% -dən 2014-cü il üçün 1,1%-ə salıb. Musavat.com RBK.ru-ya istinadən xəbər verir ki, Ukrayna böhranı ilə bağlı pessimist ssenari Rusiya iqtisadiyyatında cari il üçün geriləməni 1,8% həndəvərində qiymətləndirir. 


Rusiya iqtisadiyyatının artım templəri üzrə proqnoz 2015-ci il üçün 2,7%-dən 1,3-2,1%-ə endirilib. Az öncə - ötən ilin dekabrında Dünya Bankı Rusiyanın iqtisadi artım tempi üzrə proqnozu 2014-cü il üçün  3,1%-dən 2,2%-ə salmışdı. 

Əksinə, ekspertlərə görə, dünya iqtisadiyyatını yaxın illərdə 3,2-3,4%, Avropa Birliyi iqtisadiyyatını 1,1-1,4%,, inkişaf eləməkdə olan ölkələrin iqtisadiyyatını isə  5,3-5,5% arası artım gözləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA