Unun qiyməti qalxıb? - Dövlət Xidmətindən xəbərdarlıq
19-03-2022 [11:18]
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində un bazarında qiymət artımı ilə bağlı məlumatlar yayımlanır.
Mia.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, dünyada baş verən iqtisadi və siyasi hadisələr nəticəsində qlobal və idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur: “Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un və un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının və qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər və ciddi nəzarət tədbirləri həyata keçirir. Bu sahədə kartel sövdələşmələri (qiymət razılaşmaları), qiymət manipulyasiyaları və digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq”.
Qeyd edək ki, “Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirasalınmaz tədbirlərin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunması nöqteyi-nəzərindən ərzaq məhsulları bazarında araşdırmaların aparılmasını prioritet sahələr siyahısına daxil edib. Bu tədbirlər çərçivəsində artıq bir sıra bazar subyektlərinə öz qiymət siyasətinin əsaslandırılması məqsədilə sorğular göndərilərək məlumatların təqdim edilməsi tələb olunub.
Xatırladaq ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Bununla yanaşı, ilin əvvəlində iri un və çörək istehsalçıları unun qiymətinin bahalaşması ilə bağlı vətəndaşlara müraciət ediblər. Onlar, qida təchizatında önəmli rollarını dərk edərək, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək müəyyən olunan səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər.
Dövlət Xidməti bildirir ki, un istehsalçıları unun topdansatış qiymətləri, topdansatış mərkəzləri və məntəqələri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatları mütəmadi olaraq Dövlət Xidmətinə bəyan edirlər. Dövlət Xidməti isə informasiya əlçatanlığını təmin etmək məqsədilə həmin məlumatları rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-istehsalcilarinin-topdansatis-menteqeleri-satis-qiymetleri-ve-is-vaxti-barede-melumat) yerləşdirir. Bu məlumatlar mütəmadi olaraq yenilənir.
İstehlakçılar və sahibkarlar qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinə müraciət edə bilərlər.
Əlaqə telefonu: (+99412) 599-76-00;
email ünvanı: office@competition.gov.az.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi