"Nar" ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider olub
09-03-2022 [16:40]
2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub.
Şirkətdən Mia.az-a verilən məlumata görə, ğtən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.
Şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən dolayı qürur duyduğunu bildirir. ““Nar” olaraq bütün fəaliyyətimizi son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük uğurdur”.
“Nar”ın sərfəli təklifləri, mobil internet xidmətlərinin keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas faktorları olub. “Nar” mağazalarının yenilənərək müştərilər üçün daha rahat xidmət şəraitinin yaradılması, “Nar+” tətbiqinin təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil operatorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu yöndə xüsusi seçilməsinə səbəb olub.
Qeyd etmək lazımdır ki, Müştəri Loyallığı İndeksinin (Net Promoter Score – NPS) müəyyən edilməsi mobil operatordan asılı olmayan, müstəqil qurumlar tərəfindən beynəlxalq təhlil standartlarına uyğun sorğular əsasında aparılır. Bir qayda olaraq, sorğuda iştirak edənlər istifadə etdikləri xidməti yaxınlarına, dostlarına, qohumlarına məsləhət görərdilərmi sualına 10 ballıq qiymətləndirmə ilə cavab verirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi