Metroda gedişhaqqı artırılır - 50 qəpik

img

17-03-2014 [23:10]


"Bakı Metropalitenində qiymətlər 150 faiz artaraq 50 qəpik olacaq”. Bu barədə "Axar.az”a Bakı Metropaliteninin işçiləri məlumat verib. Məlumatda deyilir ki, metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra Metropalitenin gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün bu addım atılıb. Qərarın yaxın günlərdə cəmiyyətə açıqlanacağı bildirilir.
 
Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxlamağa çalışdıq. Telefonumuza cavab şəxs ilk əvvəl Tarif Şurası olduğunu bildirsə də, daha sonradan səhv düşdüyümüzü dedi. Bütün cəhdlərimizə baxmayaq, qurumla əlaqə saxlamaq mümkün olmadı.
 
Məsələ ilə bağlı Metropalitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva da "Axar.az”a açıqlama verdi. O bildirdi ki, bu barədə nəsə deyə bilməyəcək: "Qiymət artımı ilə bağlı heç bir məlumat yoxdur, mənə heç kim məlumat verməyib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA