Müharibə əlillərinin təqaüdü artırıldı

img

17-03-2014 [21:48]


"Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan prezidentinin 2008-ci il 9 sentyabr tarixli fərmanında dəyişiklik edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev imzaladığı fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.
 
Fərman 2014-cü il aprelin 1-dən qüvvəyə minir.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA