“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir
24-02-2022 [14:38]
“Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə - mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”.
Mia.az xəbər verir ki, bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.
Mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki, burada yüksək sürətli internet, kəsintisiz zəng xidmətləri nəzərdə tutulur: “Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik. Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırırıq”.
Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm potensialından, eləcə də “Nar”ın strategiyasından və qarşıdakı hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına aşağıdakı keçidə daxil olaraq baxmaq olar: https://www.youtube.com/watch?v=dQkc_DbYcTU
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91 %-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi