“Qaz təchizatı haqqında” Qanuna dəyişiklik olunacaq- Deputatlar müzakirə aparıblar
22-02-2022 [14:40]
Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, bugünkü iclasın gündəliyinə “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.
Gündəliyin təsdiqindən sonra “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihə qazdan istifadə zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə hazırlanıb. Layihənin əvvəlki oxunuşları barədə məlumat verən Sadiq Qurbanov təklif olunan dəyişikliklərin insanların qazdan təhlükəsiz istifadəyə xidmət etməsindən danışıb.
Qanun layihəsinin müzakirəsində komitə üzvləri İltizam Yusifov, Naqif Həmzəyev, Nəsib Məhəməliyev çıxış ediblər. Millət vəkilləri qaz təchizatı və istehlakında məsuliyyətin vacibliyinə diqqət çəkiblər, dəyişikliklərin dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısını alınmasına, qaz satışı və texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcəyini vurğulayıblar.
Müzakirələrdən sonra deputatlar “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Sonra komitə İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) nəzərdən keçirib. Layihənin əvvəlki müzakirələri haqqında danışan komitə sədri Sadiq Qurbanov bildirib ki, sənəddə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı təklif olunan cərimələr çəkindirici xarakter daşıyır.
Sənədlə bağlı deputat Kamal Cəfərov, Fatma Yıldırım çıxış ediblər. Bildirilib ki, dəyişikliklər qaz təchizatında və istehlakında təhlükəsizlik qaydalarına əməl olunma ilə bağlı məsuliyyətin artırılmasına yönəlib. Əsas məqsəd insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında aradan qaldırılmasıdır.
İclasın sonunda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də üçüncü oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Onlayn iclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, komitə üzvləri Afət Həsənova, Anar Məmmədov, Məşhur Məmmədov, Əliabbas Salahzadə və Mixail Zabelin iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi