Pərviz Şahbazov Dohada bir sıra görüşlər keçirib - Nələr müzakirə olunub?
21-02-2022 [14:41]
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.
Mia.az xəbər verir ki, GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika naziri bildirib ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən birini - Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarından bəhs edib. Bildirilib ki, dəhlizin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur. Təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları da nəzərə aldıqda Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük imkanlar var. Ölkəmiz bundan sonra da regional və qlobal enerji təhlükəsizliyinin təminatında səylərini, həmçinin Forum ilə əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır.
Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə Forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd edilib. GECF-in Baş katibi Azərbaycanın qaz təchizatının dayanıqlığında rolunu qeyd edərək, ölkəmizin forumun mühüm iştirakçılarından biri olduğunu bildirib. O, həmçinin Azərbaycan Prezidentinin “OPEC plus” formatının yaradılması prosesinə töhfələrini yüksək qiymətləndirib.
Nazir, həmçinin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb. Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. “Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi