Artur Rasizadə parlamentdə çıxış etdi

img

14-03-2014 [12:34]


Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013- cü ildəki fəaliyyəti ilə bağlı hesabat verilib.

Baş nazir Artur Rasizadə bildirib ki, qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatının xarici təhdidlərə qarşı davamlılığını saxlayıb:

"ÜDM-da 5,8 faizi artım əldə olunub. İnflaysiya bir rəqəmli səviyyədə saxlanılıb. DNF-nin gəlirləri 1, 8 milyard artaraq 36 milyarda dollara çatıb. Manatın məcənnəsi stabilliyini qoruyub saxlayıb. Xarici ticarət dövriyyəsinin həcmi 34, 7 milyarda çatıb. Bunun da 44 faizi Avropa ölkələrinin payına düşüb. İnvestisiyaların 62 faizi daxili investisiyanın hesabına formalaşıb. Əhalinin gəlirləri 6, 2 faiz artaraq 423 manata çatıb. Strateji valyuta ehtiyatının ÜDM nisbətinə görə Azərbaycan dünyanın 20 ölkəsi sırasındadır. Ötən il 1 milyon 200 milyon yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 5,3 faizə düşüb”.

Baş nazir deyib ki, əhaliyə keyfiyyətli xidməti təmin etmək məqsədilə ASAN XİDMƏT-in fəaliyyəti genişləndirilib və bu xidmət vasitəsilə əhaliyə göstərilən xidmət şəffaflıq təmin olunub:

"2013-cü ildə Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına 3 milyard manat ayrılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA