13-03-2014 [15:18]
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla bu müsahibə 2010-cu ildə götürülüb. MIA Azadlıq Radiosunun "İşdən sonra” verilişində yayımlanmış həmin müsahibədə metrodakı ticarətlə bağlı hissəni oxuculara təqdim edir. Verilişdə T. Əhmədov əsasən dinləyici suallarını cavablandırır və toxunulan məsələlər hazırda çox aktualdır. Belə ki, "Bakı Metropoliteni” QSC-nin yeni rəhbəri Zaur Hüseynovun təyinatından sonra metro stansiyalarında ticarət yasaqlanıb. Obyekt sahiblərinə isə martın 27-dək möhlət verilib.
– Lalə Əliyeva Sizə yazır: "Salam, Tağı müəllim. Sizin maaşını nə qədərdir? Dolanmağa çatırmı? Keçidlərdəki ticarət yerlərindən gələn pullar kimə gedir?
-O, pulların hamısı dövlətə gəlir. Onların hamısında iki minə yaxın adam işləyir. Hər ailədə beş adamın olduğunu nəzərə alsaq bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və ordan qazanılan pul metropolitenə gəlir. Bu gün Bakı Metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, artıq biz bu ticarət köşklərini də aradan çıxararıq. Artıq "İçəri Şəhər”, "Sahil” stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq. Amma gəlin görək, bu 10 min adamı Lalə xanımın sözü ilə ac qoymaq yaxşıdır, ya pis?! Lalə xanıma təklif edirəm, qoy əvvəlcə onlara iş yeri tapsın, sonra gözüm üstə, hər şey etmək olar.
– O mağazalardan gələn vəsaitin həcmini deyə bilərsinizmi?
-Əlbəttə, niyə demirəm, ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyir, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir.
– Yeraltı keçidlərdən ildə nə qədər vergi ödəyirsiniz?
– Heç bir manat da ödənmir. Bunun o sualı verən yoldaşa heç bir aidiyyəti yoxdur.
– Arif imzalı dinləyicimiz soruşur ki, bəs, maaşınız barədə suala cavab vermədiniz?
– Hə, mənim öz maaşım? Üzr istəyirəm, mənim maaşım 890 manatdır. Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, "Fəxri dəmiryolçu” kimi əlavələr var, onu alıram, bir də üstəliklər var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır.
– Bir dinləyicimiz yazır: "Salam, Tağı müəllim, xahiş edirəm, verəcəyim suala səmimi cavab verin. Maaşdan, rəsmi mükafatdan əlavə, ayda nə qədər qazanırsınız, onun neçə faizini "yuxarı”lara verirsiniz, əgər "yox” desəniz, buna bişmiş toyuğun da gülməyi gələcək”.
– O adama deyərəm ki, sənin canın üçün heç bir qəpik də qazanmıram, nə də heç kəsə borcum yoxdur.
– "Göyçək Meri” imzası ilə bir nəfər yazır: "Elmlər Akademiyası” stansiyasının binasında bəzi kosmetika salonları var. Onların sizin ailə üzvlərinizin olması barədə iddialara nə deyərdiniz?]
– Birincisi, and içərəm ki, o kosmetika salonlarının harda olmasını bilmirəm. İkincisi, mənim bu barədə qətiyyən xəbərim yoxdur. İndi xanıma and içən deyiləm, amma səmimi qəbul etsin ki, bizim ailə üzvlərinə aid heç bir elə şey yoxdur.
– Sultan imzalı soruşur: "Metroda hər mağazadan nə qədər yer haqqı alınır? Mənim bir yaxın qohumumdan ayda yeddi-səkkiz yüz manat alırlar. Bu pul metropolitenə çatırmı?”
– Yəqin ondan az alırlar, bir az çox alsaydılar, çatardı... Yəqin ki, çatır.
– Yəqin ki, bu kvadratla hesablanır...
– Xanım qız, yeddi-səkkiz yüz baxır, hansı kvadratadır. Bunlar absurd suallardır. Baxır stansiyanın yerinə. Tutaq ki, "Ulduz” stansiyasında heç nəyədir, "Əzizbəyov” stansiyasında ondan bir az bahadır. Ona görə, bu ticarətlə kim maraqlanırsa, qoy, dəqiqləşdirib, sonra soruşsun. Onun qohumundan nə alırlar, harda alırlar, mənə aid olmayan suallardır.
– Tağı müəllim, məsələn, "Nizami” stansiyasında yer neçəyədir
-Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi