Sahil Babayev BMT-nin komissiyasında çıxış edib
08-02-2022 [22:58]
Birləşmiş Millətlər Təşkilatının Sosial İnkişaf Komissiyasının 60-cı sessiyası çərçivəsində "Dayanıqlı ərzaq sistemlərinin təşviqi yolu ilə qida təhlükəsizliyi probleminin həlli və yoxsulluğun aradan qaldırılması vasitəsilə hamı üçün rifah və ləyaqətin təmin olunmasında çoxtərəfliliyin gücləndirilməsi" mövzusunda Nazirlər Forumu keçirilib.
Mia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla bildirir ki, forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin rifahının ardıcıl olaraq yaxşılaşdırılmasının Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb.
Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib, yalnız 2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu 2 dəfədən çox artıb.
Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramını qeyd edib. Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID-19 pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb. Həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.
BMT Əhali Fondu ilə birgə layihə çərçivəsində Azərbaycanda 2019-2021-ci illərdə Aktiv Yaşlanma İndeksinin hazırlandığını bildirən nazir əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası tədbirlərini də diqqətə çatdırıb.
S.Babayev 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın BMT-nin 4 qətnaməsinin icrasına nail olduğunu, öz ərazilərini Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edərək ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. Qeyd edib ki, bu müharibə və Ermənistanın əvvəllər işğalda saxladığı həmin ərazilər üzrə bütün və dəqiq mina xəritələrini vaxtında açıqlamaqdan qəti şəkildə imtina etməsi həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında əlilliyi olanların sayının artmasına səbəb olub.
Nazir Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, aktiv məşğulluq proqramları, gender bərabərliyi, məşğulluq üzrə xidmətlərin rəqəmsallaşdırılması sahəsində görülən işləri qeyd edib.
O, COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildə 4 istiqamət üzrə 12 sahəni əhatə edən “Məşğulluq və sosial dəstək” tədbirlərindən bəhs edib. Əhalinin 48 faizinin və ya 4,8 milyon nəfərin bu tədbirlərlə əhatə olunduğunu deyib. Vurğulayıb ki, ölkəmiz pandemiyanın yaratdığı sarsıntıları dəf edərək, 2021-ci ildə iqtisadiyyatın bərpası yoluna inamla qayıdıb. Ötən ilin sonuna real ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.
DOST konsepsiyası barədə məlumat verən S.Babayev Nazirliyin 173 xidmətindən artıq 110-nun e-qaydada (o cümlədən 46-nın proaktiv qaydada) həyata keçirildiyini, bu il daha 50 xidmətin rəqəmsallaşdırılması işlərinin aparıldığını, nazirlik üzrə xidmətlərin 90 faizinin elektronlaşdırılmasının hədəf olduğunu diqqətə çatdırıb.
Forumda Perunun vitse-prezidenti, inkişaf və sosial naziri Dina Boluarte, Finlandiyanın sosial işlər və səhiyyə naziri Hanna Sarkkinen, Qətər Dövlətinin sosial işlər və ailə naziri Mariam bint Əli bin Nasser Al-Misnad, Liberiyanın gender, uşaqlar və sosial müdafiə naziri Williametta E.Saydee-Tarr, Monqolustanın əmək və sosial müdafiə naziri Ariunzaya Ayuş, Yaponiya parlamentinin xarici işlər nazirinin müavini Kentaro Uesugi və b. çıxış ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi