Nazir: “"Məşvərət Şurası “yaşıl enerji” sahəsində əməkdaşlığı dərinləşdirmək üçün imkanlar yaradır”
03-02-2022 [17:46]
Energetika Nazirliyində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və TAP AG şirkətinin icraçı direktoru Luca Schieppatinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Mia.az Energetika Nazirliyinə istinadən bildirir ki, nazir müavini Vannia Qava ilə Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin davamlı təminatında rolunun gücləndirilməsi, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı, həmçinin Məşvərət Şurası formatında əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji hədəfləri üzrə genişləndirilməsi məsələləri müzakirə edilib.
Nazir müavini təbii qazın davamlı enerji təchizatı və enerji keçidi üçün vacib əhəmiyyətini vurğulayaraq, TAP-ın gələcək inkişaf mərhələsi üzrə ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini qeyd edib.
Energetika naziri Pərviz Şahbazov isə deyib ki, Azərbaycanın təbii qazı sayəsində italiyalı istehlakçılar daha sərfəli qiymətlə təbii qazla təmin olunur. Biz TAP vasitəsilə İtaliyanın təbii qaz təchizatına verilən töhfələrdən məmnunuq.
Nazir eyni zamanda bildirib ki, çoxtərəfli əməkdaşlığa əsaslanan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının budəfəki iclası ilk dəfə olaraq enerji keçidi məsələlərinə həsr olunacaq: “Bu iclas Cənub Qaz Dəhlizini qlobal çağırışlar və “karbon neytrallığı” hədəfləri ilə səsləşən layihə olaraq inkişaf etdirmək və Məşvərət Şurası çərçivəsində tərəfdaşlarımızla faydalı əməkdaşlığımızı “yaşıl enerji” sahəsində dərinləşdirmək üçün imkanlar yaradır. Təkcə dənizdə külək enerjisi sahəsinə investisiyaların cəlbi ilə ildə 400 milyon kubmetr qaza qənaət edilə və bu həcmlər ixraca yönəldilə bilər.”
TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə görüşdə isə TAP-ın tam layihə gücündə işləməsi, gələcəkdə tədarükün artırılması və boru kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib. TAP-ın gələcəkdə genişlənməsi, aparılan bazar araşdırmaları və bu istiqamətdə növbəti addımlar müzakirə edilib.
Qeyd edək ki, bu il İtaliyaya 7,4 milyard kubmetr qaz ixracı proqnozlaşdırılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi