"QHT Agentliyində rəhbərlik əsasən eyni şəxslərdən ibarət tərkibdə formalaşdırılıb" - Hüquq müdafiəçilərindən rəylər
18-01-2022 [16:03]
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açıqlama verib ki, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, qeydiyyatın sadələşdirilməsi, beynəlxalq əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeniliklər gözlənilir.
Onun sözlərinə görə, bundan sonra QHT-lər üçün kiçik, orta və böyük qrantların ayrılması nəzərdə tutulub. Azərbaycanda müvafiq hüquqi prosedurları keçən donor təşkilatlarının fəaliyyətinə hər hansı əngəl olmadığını deyən icraçı direktor əlavə edib ki, 2022-ci ildə bu sahənin inkişafı istiqamətində ciddi addımlar atılacaq.
Mia.az xəbər verir ki, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı AYNA-ya açıqlamasında cəmiyyətin QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilərinin böyük olduğunu söyləyib: “Məlumdur ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün münbit şərait yox idi. Donor təşkilatlardan qrant almaq faktiki olaraq mümkün deyildi. Çox təəssüf ki, bu problem bu gün də qalmaqdadır. Xaricdən QHT-lərə qrant ayrılmasına “stop” qoyulub. Bütün bunlar aradan qaldırılmalıdır.
Digər yandan uzun müddət idi ki, QHT Şurası da qrantların ayrılmasını dayandırmışdı. Nəticədə bir çox QHT-lərin fəaliyyəti dayanmış, ofisləri təhvil verilmişdi. Hesab edirəm ki, QHT-lər haqqında qanunvericilik təkmilləşdiriməli, süni əngəllər aradan qaldırılmalıdır. Eyni zamanda ictimai birliklərin dövlət qeydiyyatı sadələşdirilməlidir. Qeydiyyat zamanı süründüməçilik hallarına son qoyulmalıdır”.
Onun sözlərinə görə, yeni yaranan qurumun fəaliyyətində pozitiv məqamlar müşahidə edilməkdədir: “Baxmayaraq ki, yeni yaranıb, müəyyən müsbət işlər həyata keçirə bilib. Minlərlə təşkilata Agentlik tərəfindən qrantlar ayrılıb. Bütün bunları təqdir etmək lazımdır. Arzu edək ki, bundan sonrakı fəaliyyətləri də pozitiv olsun. Vətəndaş cəmiyyəti insitutlarının və QHT-lərin fəaliyyəti olmadan cəmiyyətin inkişafına nail olmaq mümkün deyil. Bu gün dövlət qurumlarının tərkibində ictimai şuralar yaradılır. Deməli, hökumətin özü də ictimai nəzarətin olmasında maraqlıdır. Əgər bu sahədə köklü islahatlar aparılarsa, innovativ yeniliklər tətbiq olunarsa, protokol xatirinə deyil, həqiqi sektorun inkişafına çalışılarsa, bundan həm hökumət, həm də cəmiyyətimiz qazanacaq. Vətəndaş cəmiyyəti institutlarının inkişafı imkan verəcək ki, daxildə olan problemləri daxildə həll edə bilək”, - deyə Qocamanlı vurğulayıb.
“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə süni əngəllər yaradılır: “Çox təəssüf ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə çox ciddi əngəllər yaradılır. Məlumdur ki, QHT-lərin əsas gəlir mənbəyi xarici donor təşkilatlar tərəfindən daxil olur. Bu gün faktiki olaraq yerli QHT-lərin xarici donorlarla əməkdaşlığına imkan verilmir. Ədliyyə Nazirliyi QHT-lərə dəstək göstərməyə borclu olsa da, əksinə, onların fəaliyyətinə ciddi maneələr yaradır. Bəzən bir vergülə görə aylarla məhkəmə çəkişmələrində oluruq”.
“Bu səbəbdən QHT-lər daha çox yerli donorlara üz tutur. Bu da əsasən nazirliklər və digər dövlət qurumlarıdır ki, onların da ayırdığı məbləğ yüksək olmur”, - deyə həmsöhbətimiz qeyd edib.
Cavadova QHT-lərə Dövlət Dəstəyi Agentliyindən ciddi gözləntilərinin olmadığını da diqqətə çatdırıb: “Bilirsiniz ki, bu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında yaradılıb. Bu qurum isə uzun illər ərzində fəaliyyət göstərib. Hazırda yalnız ad dəyişikliyi baş verib. Rəhbərlik əsasən eyni şəxslərdən ibarət tərkibdə formalaşdırılıb. İnanmıram ki, onlar hər hansı ciddi dönüşə nail olsunlar. Bu baxımdan nikbin deyiləm. Yalnız kosmetik dəyişikliklər həyata keçirilə bilər ki, bu da QHT-ləri, vətəndaş cəmiyyəti insitutlarını mövcud problemlərdən xilas etməyəcək”.
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”