IMEI-i saxtalaşdırılan mobil cihazların sayı sürətlə artır - Qeydiyyatla bağlı yeni mexanizm hazırlanıb
17-01-2022 [18:13]
Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, telekommunikasiya üzrə fərdi identifikasiya kodu – IMEI-i saxtalaşdırılan mobil cihazların sayı sürətlə artmaqdadır. Bu istiqamətdə hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb:
"Mexanizm ölkədə istifadə olunan mobil cihazlar oğurlandıqda, itirildikdə onun dərhal tapılmasının təmin olunmasına, cinayətkarlıqla mübarizənin effektivliyinin artırılmasına yönəlib.
Müşahidələr göstərir ki, fərdi identifikasiya kodunun – IMEI-in saxtalaşdırılmaqla bir mobil cihazın proqram təminatının klonlaşdırılaraq başqa cihazlara köçürülməsi mümkündür. Halbuki IMEI istifadəyə yararlı bütün mobil cihazlara Beynəlxalq GSM Assosiasiyası tərəfindən verilən unikal koddur və bu kod heç bir halda digər cihazın kodu ilə eynilik təşkil etmir.
Saxtalaşdırılma hallarının qarşısını almaq, həmçinin tənzimləmələrin həyata keçirilməsi məqsədilə klonlaşdırılmış mobil cihaz üzərindəki nömrə dəyişdirildikdə cihaza qarşı məhdudiyyət tətbiq olunacaq. Saxta IMEI-li cihazdakı nömrənin dublikatı çıxarılıb Sim kart yuvasına əlavə olunan zaman da eyni prosedur həyata keçiriləcək. Hər iki halda məhdudiyyət tətbiq olunan mobil cihazların şəbəkə əlaqəsi kəsiləcək.
Mobil cihazların saxtalaşdırılmasını dələduzlar və hakerlər əsasən istifadəçilərdən xəbərsiz həyata keçirdiklərinə görə məhdudiyyət tətbiq olunan telefonların yenidən istifadəsi ilə bağlı da mexanizm hazırlanıb. Sahibi telefonun üzərindəki mobil nömrəni dəyişən zaman şəbəkə təminatı dayandırıldığı halda yaxınlıqdakı “Azərpoçt” şöbəsinə müraciət etməli və yeni nömrə sistemə əlavə olunmalıdır. Bu proses ödənişsiz həyata keçiriləcək.
Cihazların saxta və ya orijinal olması Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən IMEI kodu vasitəsilə müəyyən ediləcək. Eyni IMEI üzərində olan cihazlardan şəbəkədə ilk dəfə görünəni orijinal hesab olunacaq. Digər cihazların orijinallığı ilə bağlı iddialar isə “Azərpoçt” şöbələrində araşdırılacaq. Mobil cihazının orijinallığını iddia edən istifadəçi cihazda *#06# kombinasiyasını yığaraq ekranda əks olunan IMEI kodu və əgər qalırsa, cihazın qutusu ilə poçt şöbəsinə müraciət etməlidir. Bu zaman təqdim olunan IMEI ilə sistemdə ilk görünən nömrənin və kimə məxsusluğunun eyniləşdirilməsi aparılacaq və təqdim onunan cihazın orijinal olub- olmadığı ilə bağlı sahibinə məlumat veriləcək. Vətəndaşlara “Azərpoçt” şöbələri ilə yanaşı “157” zəng mərkəzi vasitəsilə də yardım göstəriləcək. Zəng mərkəzi problemlərlə bağlı sualları cavablandıracaq, məhdudiyyət tətbiq edilən cihazların aktivləşdirilməsi üçün lazım olan proseduru vətəndaşlara izah edəcək, eyni zamanda şikayət və təkliflərin qeydiyyatını aparacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi