Azərbaycan ötən il müdafiə sektoruna 3 milyard xərcləyib

img

05-03-2014 [11:56]


Ötən il Azərbaycanda ölkənin müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 3 milyard manata yaxın vəsait sərf edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Ötən il Silahlı Qüvvələr və qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrin strukturunun təkmilləşdirilməsi, müasir tələblərə cavab verən silah, sursat, ərzaq, geyim və digər maddi-texniki vasitələrlə təchizatı, döyüş hazırlığının yüksəldilməsi, sərhədlərin mühafizəsinin gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi və tikinti-quruculuq sahəsində tədbirlər davam etdirilib.

2013-cü ildə hərbi hissə və şəhərciklərdə 116,97 milyon manat məbləğində tikinti quruculuq işləri, o cümlədən 24 hərbi şəhərcikdə tikinti, 26 hərbi şəhərcikdə əsaslı təmir, 19 hərbi şəhərcikdə isə cari təmir işləri həyata keçirilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA