Azərbaycanda həbs həyatı yaşayan partiya sədrləri... - SİYAHI
05-01-2022 [14:35]
Azərbaycan siyasi səhnəsində ön planda olan şəxslərin, partiya rəhbərlərinin, liderlərinin fəaliyyəti, o cümlədən həyatı hər zaman maraq mövzusu olub.
Müxtəlif zamanlarda kluarların müzakirə mövzusu olan, bəzi hallarda bunun “titul” hesab edilməsi həbs olunan siyasətçiləri daha da populyarlaşdırır.
Bəs müxalif simalardan kimlər həbs həyatı yaşayıb?
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər həbs həyatı yaşayan siyasətçilərdəndir.
Belə ki, keçmiş spiker İsa Qəmbər 16 iyul 1993-cü ildə Milli Məclisin iclasında həbs olunub. Cəmi 1 ay həbsdə qalan İsa Qəmbər özü müsahibələrinin birində deputat toxunulmazlığı ləğv edilmədən həbs olunduğunu deyib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov da həbs həyatı yaşayan siyasətçidir.
O, 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunub. 9 ay Lefortovo həbsxanasında saxlanılan Etibar Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanıb. 1990-cı ilin dekabrında Etibar Məmmədov Ali Sovetin deputatı seçilib.
Sabiq Daxili işlər naziri İsgəndər Həmidov da həbs həyatı yaşayıb.
O, 17 mart 1995-ci ildə həbs olunub. Onun həbsi Bakıda “OMON”- çuların qiyamının yatırılması ilə üst-üstə düşüb. Martın 31-də isə İsgəndər Həmidovun rəhbəri olduğu "Boz Qurd" Partiyasının fəaliyyəti qadağan edilib. 1995-ci ilin sentyabrında keçirilən məhkəmədə Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.2020-ci il 26 fevral tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.
*Müsavat Partiyasının başqanı Arif Hacılı isə müxtəlif dövrlərdə məhbus həyatı yaşayıb.
Arif Hacılı 1998-ci və 2000-ci ilərdə keçirilən kütləvi aksiyaların ,mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib. Daha sonra 16 oktyabr 2003-cü il tarixində keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.Arif Hacılı 2011-ci ildə "ərəb baharı" adlanan siyasi fəallıq dönəmində Müsavat Partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra əfv olunaraq azadlıqa buraxılıb.
*AĞ Partiyanın sədri Tural Abbaslı da həbs həyatı yaşayan siyasətçilərdəndir. O, 2011-ci ildə həbs olunaraq 2 il 6 ay həbs cəzasına məhkum edilib.
*Ümid Partiyasının sədri İqbal Ağazadə də 2003-cü il hadisələrinə görə həbs olunub.
O, 17 aylıq məhbus həyatı yaşayıb.
*Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da həbs olunan siyasətçilərdəndir.
O, 2011-2016-cı illərdə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaq ittihamı ilə həbsdə olub. Nemət Pənahlı 2018-ci ildə isə polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib və oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlıya 30 sutka inzibati həbs cəzası verib.
*Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də həbs olunan partiya sədləri sırasındadır.
O, indiyədək iki dəfə həbs edilib. Hafiz Hacıyev ilk dəfə 1993-cü ildə düşüb.O, sabiq baş nazir Surət Hüseynovun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olub. Hafiz Hacıyev ikinci dəfə 1996-cı ildə həbsə atılıb. Bu dəfə o, Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. Hafiz Hacıyev 3 il məhbəs həyatından sonra 1999-cu ildə həbsdən azad edilib.
*Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da həbs həyatı yaşayan siyasətçilərdəndir.
ADP sədri 2003-cü ilin prezident seçkisindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası alıb.
*Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də uzun müddət həbs həyatı yaşayan siyasətçidir.
Fərəc Quliyev 1995-ci ildən 2002-ci ilə kimi siyasi məhbus kimi həbsdə olub.
*Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də həbs həyatı yaşayıb.
O, SSRİ dövründə, 1985-ci ildə xuliqanlıq maddəsi ilə həbs edilib.
*Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də qısa müddət həbs həyatı yaşayıb.
Əli Kərimli 1994-cü ildə üzərində qanunsuz silah (qumbara) tapıldığı üçün həbs olunub. 1 ay həbsdə qalan Əli Kərimli sonradan azadlığa buraxılıb.
*Milli Konqres Partiyasın sədri İxtiyar Şirin də həbs həyatı yaşayıb.
O, 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və İxtiyar Şirin azadlığa buraxılıb.
*Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də məhbus həyatı yaşayan siyasətçilərdəndir.
O, 2003-cü ilin oktyabr hadisələri zamanı həbs olunub və 17 ay məhbus həyatı yaşayıb.
*Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də həbs həyatı yaşayan partiya sədrlərindədir.
O, 16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilib və cinayət məsuliyyətinə cəlb olunub. 1 sentyabr barəsində həbs qərarı çıxarılıb.
*Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov da uzun müddət həbsdə olan siyasətçilərdəndir.
2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələri ilə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb. 2020-ci ilin aprelin 23-də isə Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verib.
*Haqq və Ədalət Partiyasının (HƏP) sədri, sabiq səhiyyə naziri Əli İnsanov da uzun müddət həbs həyatı yaşayıb.
O, 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs olunub. Həbsdən sonra Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı ləğv olunub. Əli İnsanov 17 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb/Cebhe.info.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib