Mikayıl Cabbarovdan qiymət artımı ilə bağlı - Açıqlama
05-01-2022 [14:11]
"Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur:
"Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcəkdir”.
M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: “Son illərdə dünyada istisnasız olaraq bütün ərzaq məhsullarının qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olunan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox proseslər mövcuddur və bu proseslərin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiymət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin artmasıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarında qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaşdırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məhsulların satış qiymətlərində özünü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlayıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.
O xatırladıb ki, 2021-ci ilin 9 ayı üzrə idxal qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,5 % artıb: “Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün məmulatları və onun əvəzediciləri üzrə idxal qiymətləri indeksi isə 25,1 % yüksəlib. Qiymətləndirmələrə əsasən, cari ilin yanvar-oktyabr aylarında inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 % təşkil edib ki, bu da əsasən ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin 6,7 % təşkil etməsi hesabına formalaşıb. Beləliklə, daxili bazarda istehlak qiymətləri indeksinə obyektiv təzyiq mövcuddur. Bu, sərbəst qiymətlərlə formalaşan bir bazardır və bu prosesə dövlətin inzibati müdaxilə imkanları məhduddur. Dövlət tənzimlənən qiymətlərin dəyişməsi zamanı rəqabət mühitinin pozulması hallarını aşkar edir və qarşısını ala bilir".
M.Cabbarovun sözlərinə görə, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda müxtəlif məhsulların qiymətinin mütəmadi monitorinqi aparılır və bazar araşdırmaları həyata keçirilir: "Əmtəə qiymətlərinin yüksəlməsi təkcə bizim ölkədə deyil, digər dövlətlərdə də gedir. Xüsusilə də daxili bazarımız üçün əhəmiyyətli rol oynayan Azərbaycanın əsas ticarət tərəfdaşlarında bu proses sürətlənməkdədir. Qiymətləndirmələrə görə, yaxın dövrlərdə Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna və İran kimi əsas tərəfdaşlarımızda Azərbaycan ilə müqayisədə daha yüksək inflyasiya proqnozlaşdırılır. Ərzaq təhlükəsizliyi bundan sonra da dünya üçün qlobal prioritet olacaq. Əlbətə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli vəzifədir”.
Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi