Deputat: "Sürix sənədlərinin adını dəyişdirmək və “Əliyev protokolları” kimi..."
30-12-2021 [18:05]
"Türkiyə dövləti Amerikadakı keçmiş səfiri, təcrübəli diplomat Sərdar Kılıcı Ermənistan üzrə xüsusi nümayəndəsi təyin edib.Ardınca İrəvan da danışıqlar üzrə öz təmsilçisini rəsmən açıqlayıb. Verilən tarixi qərarların Vətən müharibəsinin birbaşa nəticəsi olduğu hamıya bəllidir, deməli, region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevdilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır".
Mia.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, göründüyü kimi, hərbi Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər:
"Lakin Türkiyə-Ermənistan açılımı düz 12 il qabaq Ankara və İrəvan arasında barış yaratmağa çalışan və Sürix prosesi adlandırılan hadisələri təkrar yada salır. O illər bilavasitə məxfi danışıqlarda iştirak edən sabiq nazir Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri Amerika, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu".
Zahid Oruc xatırladır ki, o vaxt ABŞ Dövlət katibi xanım Klinton prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina edib:
"Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı.Əgər plan gerçəkləşsəydi, Ermənistan Azərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə bəlkə də baş verməzdi, Qarabağın taleyi indi fərqli olardı.
Deməli, bizi Qələbəyə gətirən yol həm də Sürix prosesi və digər diplomatik tələlərə zərbə vurulmasından keçir. İndiki açılım prosesi paralel gedir, Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür.O vaxtkı “normalaşma” isə bizim iradəmizə zidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi.İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır.
Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir. Əlbəttə, hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib, onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar".
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib