YAP İdarə Heyəti toplandı: partiyanın proqramı təsdiq edilib
29-12-2021 [20:45]
Dekabrın 29-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Mia.az YAP-a istinadla xəbər verir ki, İdarə Heyətinin iclasının müzakirəsinə “Yeni Azərbaycan Partiyasının Proqramının təsdiq edilməsi” və “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi” məsələləri çıxarılıb.
Birinci məsələ barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, VII qurultayda partiya sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələrini verib: "Bu tövsiyələrdən irəli gələrək yaradılmış müvafiq işçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmış, ötən müddət ərzində sənədin layihəsi işci qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyamızın Sədri cənab İlham Əliyevin irad və tapşırıqları əsasında təkmilləşdirilmişdir".
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının böyük inkişaf yolu keçdiyini deyən Tahir Budaqov xatırladıb ki, partiyamızın fəaliyyəti dövründə qəbul olunmuş proqramlar uğurla icra olunub. Diqqətə çatdırılıb ki, 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş Partiyamızın yaradıcısı Heydər Əliyevin müəllifi olduğu proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdur. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilib.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyamızın proqramı Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdırıb. Yeni proqram isə, əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 5 fəsildən ibarət olan proqramda Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapmışdır.
Müzakirələr zamanı çıxış edən edən YAP İdarə Heyətinin üzvləri Mübariz Qurbanlı, Musa Quliyev və Hikmət Babaoğlu partiyanın yeni proqramının əhəmiyyətini vurğulayaraq nəzərdə tutulan gələcək hədəflərində partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələrdən sonra Yeni Azərbaycan Partiyasının Proqramı yekdilliklə təsdiq edilib.
Daha sonra iclasda “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi” məsələsi müzakirə olunub. Bu barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, sənəd Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Müzakirələrdə YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Bayram Aslanov və Elmar Qasımov çıxış etdikdən sonra sənəd yekdilliklə təsdiq edilib.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib