Zahid Oruc: "Partiyaların “Youtube” kanalları və internet televiziyalarının təsisçisi olmasına və..."
29-12-2021 [14:00]
"Media haqqında” qanun layihəsinə üçüncü oxunuşda siyasi partiyalar və dini qurumlarla bağlı nəzərdə tutulan 26.3.4 və 26.3.5 maddələrinə dəyişiklik təklif edilir.
Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Komitə sədri deyib ki, siyasi partiyaların və dini qurumların media subyektinin təsisçisi (iştirakçısı) ola bilməyən qurumlar və şəxslər sırasında olması narazılıqla qarşılanıb: "“İşçi Qrup məsələ ilə bağlı konsensus əldə edib. Siyasi partiyaların və dini qurumların çap mediası istisna olmaqla, media subyektinin təsisçisi və iştirakçısı ola bilməməsi ilə bağlı müddəa hazırda mövcud olan “Siyasi partiyalar haqqında” və “Teleradio yayımı haqqında” qanunda da əksini tapır.
Yəni yeni “Media haqqında” qanun layihəsində siyasi partiyalara və dini qurumlara qarşı hər hansı diskriminasiya tətbiq edilmir. Bununla bərabər, 26.3-cü maddədə yasaq qoyulan digər subyektlər sırasından onların adı çıxarılır, onların adı ayrıca yarımbənd kimi veriləcək. İndi olduğu kimi, bundan sonra da partiyaların “Youtube” kanalları və internet televiziyalarının təsisçisi olmasına və fəaliyyətini bilavasitə həmin kanallar üzərindən qurmasına heç bir yasaq qoyulmur. Partiyaların ölkə miqyasında hansısa media təsis etməsinə yasaq qoyulur. “Siyasi partiyalar haqqında” qanunda gələcəkdə dəyişiklik olacağı təqdirdə, analoji dəyişiklik media qanunvericiliyinə də daşınacaq. Bu layihədə partiyaların hüquqlarını pozan hansısa müddəa irəli sürülməyib”/APA.
Qeyd edək ki, Milli Məclisdə iki oxunuşdan keçmiş “Media haqqında” qanun layihəsinin 26.3-cü bəndinə əsasən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, siyasi partiyalar (çap mediası istisna olmaqla) və dini qurumlar (çap mediası istisna olmaqla) media subyektinin təsisçisi (iştirakçısı) ola bilməz.
Qanun layihəsi sabah üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib