Bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
29-12-2021 [13:01]
Mən əvvəllər Şuşada çox olmuşam. Bilirəm, yaxınlarım – ailəm, dostlarım, məni yaxşı tanıyanlar təəccüblənəcək: “Axı bu, nə vaxt olub Şuşada?”.
Bəli, əzizlərim, mən Şuşada çox olmuşam! Mən onun hər dağına, hər qayasına, onun torpağına, suyuna, havasına yaxşı bələdəm. Mən o, düşmən əsirliyində olanda, işğal altında inləyəndə də Şuşada olmuşam.
Əlimiz çatmayan, ünümüz yetməyən, vüsalını xəyal etdiyimiz vaxtlarında da!
Yaralarını sarıya bilməsəm də, için-için çox ağlamışam. Axı kişi hönkür-hönkür ağlamaz. Biz illərdir içimizə axıdırdıq göz yaşımızı. Yaxşı ki, qisas günü, yaxşı ki, Zəfər günü çatdı, Şuşa deyəndə içimizin sızlamağına, qəlbimizin göynəməyinə son qoyuldu. Müzəffər Azərbaycan Ordusu bizi bu nisgildən, bu gözükölgəlilikdən, bu diliqısıqlıqdan qurtardı. İndi alnıaçıq, başıuca, nəşəli, qalib kimi Şuşaya gedə bilirik. Yuxulardakı Şuşadan işğaldan azad olunan Şuşaya gedirik.
Dedim axı, mən qələbədən əvvəl də Şuşada çox olmuşdum. Qala divarlarının dibində boynubükük dayanıb “Bizi bağışlama, Şuşa” köşəsini oradaca yazmışdım, “Şuşaya sancılan bayraq” yazısını da... Yəni, yuxularımda da olsa, Şuşaya çox gedib-gəlmişəm. İçimə hopub Şuşanın havası, suyu, məni özünə bənd edib Şuşa sevgisi...
Dostlar xatırlayar. Bir neçə il əvvəl, gördüyüm bir yuxunu qələmə almışdım. Həmkarlar, dost-tanış öz media səhifələrində həmin “Şuşaya sancılan bayraq” sərlövhəli yazımı yayımlamışdılar.
Yazının bir hissəsini xatırladım indi: “...dayandığım yerdən aydın görünmürdü, amma elə bilirdim ki, Şuşanın ətəyindəydik (mən heç vaxt Şuşada olmamışam). Erməni tərəfdən tək-tük atəş səsi gəlir. Sanki qırılıb qurtarmışdılar... Alaqaranlıq idi. Bir nəfər əlində Azərbaycan bayrağı hundür zirvəyə qalxırdı. Bilmirəm, yaralanmışam, ya əldən düşmüşəm, yerə çönmüşəm, avtomata söykənib güclə dayanmışam. Bayraqla zirvəyə qalxan əsgərə baxıram. Atəş səsləri tamamilə kəsilir, elə bir sakitlik çökür ki, elə bil, dünyada heç kim qalmayıb – bir mən, bir də bayraqla zirvəyə qalxan əsgər. Əsgər zirvənin ən ucqar yerinə çatdı. Bayrağı sancan kimi hər yer işıqlandı, əsgərin üzü göründü. ATAM idi, elə 35 yaşındakı kimi cavan... Günəş çıxdı və həqiqətən də Şuşadaymışıq...”
Bunu, bilirsiniz, niyə xatırlayır, sizə niyə xatırladıram? – Mən Şuşanı görmədən duyan, görmədən sevənlərdənəm. Mən Şuşanı yuxularımda işğaldan azad etmişəm. Şuşa qalasına şanlı bayrağı atam sancıb. Kim Şuşanı belə sevər?! Məncə, hər bir azərbaycanlı elə belə sevər, sadəcə hərənin sevgisinin öz rəngi, öz dadı var. Ona görə də Zəfər Günündən bu yana – hər bir azərbaycanlı kimi – Şuşaya getmək, daha doğrusu, Şuşanı ziyarət eləmək ən böyük arzum olub. Bir neçə gün əvvəl “Sizə şad xəbərimiz var. Şuşaya gedərsiniz?” sözlərini eşidəndə sevincdən qulaqlarım tutuldu. Bircə onu deyə bildim: “Şuşaya indi kim getməz ki?!”.
Jurnalistlərin Şuşa səfəri, əminəm ki, bu günə kimi onların ən şərəfli, ən maraqlı, ən fərəhli və əlbəttə ki, ən həyəcanlı səfəri oldu. Məncə, bu fikirlə hamı razılaşar. Çünki orda həmkarlarım bir-birinin gözündə qəribə nəsə gördülər. Kimi dindirsən, nə hiss etdiyini ifadə edə bilməyəcəkdi. Bu qədər söz adamı nə yaşadığını, nə hiss etdiyini deyə bilmirdi, hislərini qəlibə sala, sığışdıra bilmirdi. Axı necə sözə sığışdıraydılar ürəyə sığışmayan hissləri!? Bir gün qabaq biz hələ “Sabah Şuşaya gedirik!” cümləsinin nə qədər BÖYÜK ÇƏKİLİ olduğunu izah edə bilmirdik, qaldı Şuşanı gəzməyin, Şuşa havasını içimizə çəkməyin nə olduğundan danışaq. Odur ki, kim nə danışsa, kim nə yazsa, özünün Şuşa sevgisini, Şuşa vüsalını izah edə bilməyəcək.
Ariflər haqlıdır: Ən böyük sevgi elə, səssiz, sözsüz sevgidir.
Cıdır düzündə anama videozəng acdım ki, görsün hardayam! Anam elə yerdə oturmuşdu ki, atamın portreti də görünürdü. Dedim istiqaməti dəyişmə, qoy KİŞİ də görsün Şuşanı, Cıdır düzünü. Bu zaman özümdən xəbərsiz göz yaşım yanağıma süzüldü. Ətrafdakılardan gizlətmək üçün üzümü çevirəndə gözümün suyu torpağa düşdü. Məncə, Şuşa sevgisi elə bu müqəddəs sevincdən axan göz yaşı ilə torpağın qoşuşması idi!
Biz Şuşamıza, toxunulan şərəfimizə, qeyrətimizə, namusumuza, tariximizə, kimliyimizə qovuşmuşuq. Bunu bizə bəxş edənlərə bir ömür borcluyuq. Tərəddüd belə etmədən canını verən şəhidlərin ruhuna, əzasını itirən qazilərə bir ömür dua eləsək, yenə azdır.
Qoy bir dua da bu olsun: Ulu Tanrı, bir daha və bir an da bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
“Fitch Ratings” Azərbaycanın reytinqini yüksəldib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan olunub - Ən çox balı kimlər toplayıb?
Paris-2024: Azərbaycan heyəti açılış mərasimində paraddan keçib
Agentlikdə nöqsanlar aşkarlanıb
Avropa İttifaqı terrorizm siyahısını yeniləyib
Hikmət Hacıyev, Fuad Ələsgərov, Ramil Usubov... - PA-nın rəhbər şəxslərinin avqust ayı üzrə qəbul günləri bəlli oldu (CƏDVƏL)
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Türkiyə Hərbi Hava Qüvvələri Kipr adasının ətrafında güc nümayiş etdirib - Açıqlama
"Kassam tuqayları" 9 aydır İsrail ordusuna dirənib - Daha iki tank sıradan çıxarılıb
Sərdar Cəlaloğlu seçkilərdən geri çəkilib - Açıqlama
Yaşar Gülər Azərbaycanın Ankaradakı səfiri ilə görüşüb
Siyasətçinin oğlunun meyiti dalğıc geyimində dənizdə tapılıb - FOTO
Baş məşqçi Paris Olimpiadasından qovuldu - Drona görə
Sabah" Jarl Marqarita ilə yollarını ayırıb
Prezident İlham Əliyev Fərman imzalayıb
İlham Əliyev Türkiyə ilə bağlı daha bir sazişi təsdiqlədi - Fərman
"Qalatasaray"ın hücumçusundan şok hərəkət - Ayrıldığı arvadının lüt görüntüsünü yaydı (FOTO)
HANSI UNİVERSİTETLƏR TƏHSİL HAQQINI QALDIRIB? - Açıqlamalar
“Araz market"də qurdlu xurmalar satılır - Açıqlama + VİDEO
Qəbələdə orta məktəb yanıb
Türkiyədə vəfat edən azərbaycanlı jurnalistin nəşi Bakıya gətirilib
Tramp, yoxsa Harris? - Seçkinin taleyini həll edəcək 5 ştatda SORĞU
Türkiyə MN-dən Azərbaycanla bağlı paylaşım: "Birlikdən güc doğar"
Türkiyə İraq və Suriyada daha 15 PKK-lını zərərsizləşdirib
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti haqda qərar imzalayıb
Deputatdan Şuşada bir çaynik çayın 32 manata satılmasına etiraz: "İnsaf, ədalət öndə olmalıdır"
Sabah yağış yağacaq
Bu rayonlarda güclü külək olacaq - Siyahı
Fransada Olimpiya Oyunları qabağı sensasion təxribat: hakerlər qatarların hərəkətini dəyişib, bəzilərini isə...
Polis əməliyyatı: mütəşəkkil dəstənin 5 üzvü qandallanıb - ADLAR
Ağadadaş Ağayevin yaraladığı xadimə nələr deyir? - VİDEO
İsrailli nazirlərdən Kamala Harrisə sərt cavab verildi: "Biz tələyə düşə bilmərik" - "Atəşkəs olmayacaq, qadın namizəd!”
Bu bölgələrdə sel olacaq - Xəbərdarlıq
İordan çayının qərb sahilində daha 14 fələstinli saxlanılıb - 3 İsrail əsgəri isə yaralanıb
İlham Əliyev Maldiv prezidentinə məktub göndərib - MƏTN
İlqar Məmmədov: "Partiyamızın iki üzvü artıq qeydə alınıb"
Kolleclərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
Müğənni Mətin Hüseynzadə ölümdən son anda qurtulub - VİDEO
Türkiyədə 11 universitet rektoru dəyişdi - SİYAHI