İordan çayının qərb sahilində daha 14 fələstinli saxlanılıb - 3 İsrail əsgəri isə yaralanıb

img

26-07-2024 [11:22]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində növbəti reydlər keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu çoxlu sayda zirehli texnika ilə Cenin şəhərinin bir çox bölgəsinə basqın edib: "Onlar basqın zamanı vahimə yaratmaq üçün davamlı atş açıblar. Nablus şəhərində isə bir neçə məhəlləyə ard-arada basqın edən İsrail əsgərləri burada fələstinlilərlə toqquşub, nəticədə 14 fələstinlini həbs edilib".

Məlumata görə, 3 İsrail hərbçisi isə yaralanıb. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR