Partiya sədrlərinin seçki qayğısı: “Necə ki, Məzahir Pənahov MSK-nın sədridir, yəqin ki..." - "Boş yerə pul xərcləyib əsəblərimi korlamağın nə mənası var ki?”
27-12-2021 [17:28]
Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov bir müddət əvvəl ölkədə boş qalan dairələrdə təkrar seçkilərin keçiriləcəyini elan emtişdi. MSK sədrinin bu açıqlaması siyasi mühitdə müəyyən canlanmaya səbəb oldu.
Boş qalan 5 dairədə keçiriləcək seçkilərdə hansı partiya sədrləri iştirak edəcək? Seçkiyə qatılmağı düşünən liderlər öz şanslarını necə dəyərləndirirlər?
Seçkilərin demokratikliyini təmin etmək mümkün olacaqmı?
Mia.az xəbər verir ki, Yenisabah.az-ın suallarını cavablandıran “Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri Fərəc Quliyev bildirib ki, MDHP bu seçkilərdə iştirak etməyi düşünür:
“Bizim prinsipcə yanaşmamız budur ki, siyasi partiya mövcuddursa, onun fəaliyyətində seçki mütləqdir. Çünki hakimiyyətə gəlməyin yeganə yolunu biz seçkilərdə görürük. Başqa yollar, təbii ki, qeyri-qanuni sayılır”.
Siyasətçi onu da vurğulayıb ki, siyasi partiya yaradıb seçkidə iştirak etməmək absurd bir məsələdir:
“Ona görə də biz bütün seçkilərdə iştirak edirik. Bura parlament, bələdiyyə, prezident seçkiləri daxildir. Hesab edirəm ki, Prezidentin sərəcanmı olandan sonra bu məsələ partiyada müzakirə olunacaq və seçkilərdə iştirak etməyin tərəfdarı kimi, təbii ki, çıxış edəcəm ki, partiyamız da iştirak etsin. Amma hansı dairədən kimin iştirak etməsini, təbii ki, partiyamız müəyyənləşdirəcək. Böyük ehtimalla partiyanın qərarı seçkilərdə iştirak etmək olacaqdır. Əgər iştirak edəcəyiksə, onda nümayəndələrimiz də bəyan olunacaq”.
“Seçkilərin demokratikliyinin təyin olunmasına gəldikdə isə, niyə də olmasın? Burada hər ildə müəyyən bir kamilləşmə olur, artıq oturuşmuş bir sistemimiz var. Məncə, cəmiyyət də bu məsələlərdə hazırdır və mən düşünmürəm ki, burada hansısa bir narazılıq olsun. Normal şəkildə bu seçkilər keçiriləcək”, – deyə F. Quliyev yekunlaşdırıb.
“Azərbaycan Demokrat Partiyası”nın sədri Sərdar Cəlaloğlu isə MSK-dan şikayətlənib: “Necə ki, Məzahir Pənahov MSK-nın sədridir, yəqin ki, seçilmə şansımız sıfır olar. Ona görə də, mən şəxsən iştirak etmək haqqında fikirləşmirəm. Partiyamız hansı qərarı qəbul edəcək, kimlər iştirak edəcək, bu da gələcəyin işidir. Çünki mən 3 dəfə iştirak etmişəm, üçündə də kifayət qədər parlamentdə təmsil olunmaq hüququnu əldə etmişəm, amma üçündə də seçkiləri saxtalaşdırıb məni buraxmayıblar. Üçündə də Avropa İnsan Haqqları Məhkəməsi mənim şikayətlərimin əsaslı olduğunu qəbul edib. İşimi-gücümü buraxıb boş yerə pul xərcləyib əsəblərimi korlamağın nə mənası var ki?”
“Dünyanın heç bir yerində də belə bir şey yoxdur ki, kimsə zorla gedib parlamentə girsin. Ona görə də mən seçkilərdə iştirak etməyi düşünmürəm.
O ki qaldı iştirakçılara, mən deyə bilmərəm kimlər iştirak edəcəklər, çünki maraqlanmıram. Kim istəyir getsin iştirak etsin”, – deyə ADP sədri fikirlərini bizimlə bölüşüb.
“Azərbaycan Ümid Partiyası”nın sədri İqbal Ağazadə isə bildirib ki, seçki haqqında hələ qərar verilməyib:
“Qərar veriləndə partiyamızın səlahiyyətli qurumları bunu müzakirə edəcək. İlkin fikrimiz isə müsbətdir. Amma hər halda biz fərdi qaydada siyasətlə məşğul olmuruq, biz partiya çərçivəsində məşğul oluruq və qərarları da partiyanın səlahiyyətli qurumları verir. İlkin rəy budur ki, iştirak edəcəyik”.
İ. Ağazadə onu da vurğulayıb ki, seçkilərdə demoratikliyin təmin olunması çətindir: “Biz hansı cəmiyyətdə yaşadığımızı bilirik və seçkilərin nəticələrinin necə olduğunu da neçə dönəmdir görürük. Ona görə də, bizim ümidimiz cəmiyyəti demokratikləşdirməkdir. Demokratik seçki olacaq deyə biz iştirak edirik fəlsəfəmiz yoxdur bizim. Mən deyə bilmərəm bu seçkilərə kimlər qatılacaq. Zaman göstərəcək bunu”.
Mia.az
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib