Azərbaycandan başlanan zəfər yolu... - Əli Cabbarov yazır
24-12-2021 [11:47]
Əli Cabbarov,
“Naxçıvan” Universitetinin dosenti,
acabbarov@mail.ru
***
Müasir dünyanın mənzərəsinə baxdıqda qlobalaşma prosesləri ilə yanaşı planeti bürüyən böhranlı vəziyyət qarşısında bir sıra beynəlxalq təşkilatların o qədər də effektli olmayan cəhdləri fonunda cərəyan edən mürəkkəb hadisələrin şahidi oluruq. İl yarım bundan əvvəlki qorxulara baxmayaraq artıq sanki gündəlik həyat norması halını almış qlobal pandemiya, bununla paralel olaraq dünya üzrə təchizat zəncirinin qırılmasından qaynaqlanan pozulmuş dünya iqtisadiyyatı problemləri gündəmdəki yerini qorumaqdadır.
Əgər bütün bunlara böyük dövlətlərin bitmək bilməyən intiqralarını, xaotik miqrasiya, ekoloji böhranlar, enerji və qida təhlükəsizliyi kimi mühüm gündəlik problemləri də əlavə etsək dünya düzəninin nə qədər ciddi çətinliklərələ üz-üzə qaldığını deyə bilərik.
Şübhəsiz, cəmiyyət inkişaf edib, texnlogiyanın və həyat standartları səviyyəsinin yüksəlməsi ilə bütün bunların bir qismini tarixin normal prosesləri kimi yaranıb, birgə səylərlə həll olunduğu deyə bilərik. Ancaq çox da qədim tarixi keçmişə istinad etmədən, sadəcə son 100-150 illik bir tarixə nəzər saldıqda daha kəskin elə ciddi problemlərin mövcud olduğunu görürük ki, bunların dövrümüzə qədər uzanması artıq XXI əsrin mədəni cəmiyyəti üçün sözün əsl mənasında baş ağırısından başqa bir şey deyildir. Bu mənada, bu gün planetimizin başda ermənilərin oturduğu başqa millətlərə qarşı kin-nifrət hissləri ilə doğulan faşizm ünsürlərindən, gözüdoymayan torpaq hərislərindən, böyük dövlətlərin arxasınca qaçıb hoqqabazlıqla siyasi divident və maddi nəmər arxasınca sürünənlərdən təmizlənməsi bütün sivil bəşəriyyətin qarşısındakı müqəddəs savaşlardan biridir. İnanırıq ötən ilin payızında 44 günlük şanlı Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qalibiyyətindən sonra başlanan tarixi missiya təkcə Cənubi Qafqazda deyil, bütün dünyada rast gəlinən belə faşist və revanşist
insanlığa yad olan bütün ünsürlərdən tam təmizlənənə qədər uğura davam etdiriləcək. Çünki, bu, yaxın keçmişdə faşizmdən ən çox əziyyət çəkmiş Azərbaycandan başlanan Zəfər yoludur.
2020-ci ildə Azərbaycanın başlatdığı, xan Arazın minillik keşikçisi Xudafərindən mədəniyyət paytaxtımız Şuşaya qədər uzanan Zəfər yolu üzünü dədə-baba yurdumuz Zəngəzura doğru çevirərək bütün Türk dünyasını qovuşdurmağa doğru tələsir. Artıq ötən ilki məğlubiyyətindən sonra hələ də özünə gəlməyib, sağa-sola çırpınan erməni cəmiyyətinin və eləcə də onların hay havadarlarınin da Azəbaycanın diqtə etdiyi yeni reallığı qəbul etməkdən başqa çarəsi qalmayıb. Belə ki, acgözlüyündən özünü düşürdüyü yoxsulluq və səfalət bataqığında boğulan bu etnos ya “erməni xəstəliyi” simptomları ilə yatağa düşüb bir gün tamamilə məhv olacağını, ya da qonşuları ilə adam kimi münasibət yaradıb əvvələr olduğu kimi onların hesabına normal dolanışıq qurmaqdan başqa bir yolunun olmadığını indi daha yaxşı bilir. Hər halda Ermənistan ordusunun və iqtisadiyyatının yox olması dərəcəsində başlarına dəyən dəmir yumruğun gücü bundan artığına da yetərdi. Ancaq Azərbaycan xalqı, onun uzaqgörən lideri məhz uzaq gələcəyi, strateji həfəfləri əsas götürərək bir an öncə bu regionda qan töküməsinin qarşısının alınması, dinc quruculuq işlərinə başlanılması, yaranmış regional və qlobal əməklaşlıq perspektivlərində tarixi öncüllük missiyasına başladı. İndi heç kimidən asılı olmayan, müstəqil Azərbaycan Respublikası qarşısında daha ali, daha dünyəvi məsələlərin həlli dayanır.
Bu gün erməni faşizminin belini qıran Azərbaycanı dünyada hamı tanıyır. Nümunə üçün, dünyada ölkəmizdən ərazi və əhali ehtiyatlarına görə daha böyük olsa da yalnız keçirilən idman yarışları və ya kəskin dəyişən hava şəraiti ilə gündəmə gələn bir sıra dövlətlərlə müqaiyisə də bu gün Azərbaycan deyəndə, Avropanın enerji təhlükəsizliyndə mühüm yer tutan, partnyorluq müqavilələrində bir kəlmə sözünün belə arxasında dayanan, qlobal əməkdaşlıqda, xüsusən humanitar məzmunlu bir sıra beynəlxalq layihələrdə böyük dövlətlərə belə örnək göstərilən, dayanıqlı inkişaf prinsipləri ilə əhalsinin sosial müdafiəsi, həyat səviyyəsi məsələlərini daim gündəmdə saxlayan, söz, mətbuat azadlığı, insana verilən dəyərlə hamının yaşamaq arzusunda olduğu günəşli bir ölkə başa düşülür. Ölkəmizin qlobal əməkdaşlıq
konteksində üzərinə düşən tərəfdaşlıq öhdəliklərini davamlı olaraq icra etməsi və diplomatik sahədə həyata keçirdiyi qətiyyətli tədbirlər ölkəmizin müsbət imicini daha da möhkəmləndirən mühüm nailiyyətlərdəndir. Bütün bunlar isə 30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi erməni işğalında olmuş, 1 milyon qaçqın və köçkün vətəndaşının problemləri ilə üz-üzə qalmış, hazırda isə tarixi qələbədən sonra Qarabağa böyük qayıdış üçün bütün qolların çirmələnib erməni vandallarının izlərinin silinməsi üçün gecə-gündüz çalışıldığı, ərazilərimizin xain düşmən minalarından təmizlənməsindən tutmuş yeni yolların çəkilməsi, müasir hava limanlarının tikilməsi, yeni növ sosial-mədəni həyat göstəriciləri olan yaşıl enerji və ağıllı kənd layihələrinin həyata keçirilməsi, erməni vandaliziminin qurbanı olmuş tarixi abidələrimzin bərpası kimi genişmiqyaslı işlər fonunda aparılır. Qarabağ münaqişəsi bitsə də hələ davam edən informasiya savaşında yenə də müzəffər olan ölkə başçısı keçirdiyi hər görüşdə, qatıldığı hər mötəbər beynəlxalq tədbirdə, verdiyi hər müsahibədə bütün bunların xalqının dəstəyi ilə qazandığı böyük Zəfərin davamı olduğunu dilə gətrir, Azərbaycanın strateji maraqlarına cavab verən bütün hədəflərə hansı yollarla olursa olsun mütləq çatacaqlarını sərrast şəkildə ifadə edir. İndi bütün dünya siyasət və hərb tarixinə yeni terminlər gətirmiş Azərbaycan liderinin verəcəyi hər qərarı maraqla gözləməkdədir. Çünki bu qərarlar dünyada Xeyirn Şər üzərində tam zəfər çalması üçün verilən qərarlardır.
Azərbaycan 2022-ci ilə böyük uğurlarla girir. Yola saldığımız günlərə qısa bir nəzər saldıqda ölkəmizdə yeni cəmiyyət quruculuğunda, insanların daha xoşbəxt, daha firavan yaşayışı naminə nə qədər böyük işlər görüldüyünün şahidi oluruq. Bütün bunlar isə tariximizin qızıl səhifələrinə yazılacaq geniş və gələcək üçün taleyüklü məsələlərdir. Dünyada və regiondakı geostrateji şərtlərin 180 dərəcə çevrilərək Azərbaycanın xeyirinə işlədiyi bir dövrdə ölkəmizin günbəgün artan nüfuzunun, güclənən iqtisadiyyatının və yenilməz şanlı ordusunun qələbələrinin əsasında Prezident İlham Əliyevin başlatdığı uğurlu yol vardır.
Bu, Azərbaycandan başlanan zəfər yoludur.
Mia.az
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib