Bu əkin sahələri sığortalanacaq - Hökumətdən qərar + DETALLAR
22-12-2021 [19:17]
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar.sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb
Mia.az xəbər verir ki, qərara əsasən, aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaq.
Qərarda günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkilərinin, həmçinin xırdabuynuzlu və ətlik istiqmətli iribuynuzlu heyvanların aqrar sığortanın predmetinin tərkibinə əlavə edilməsi nəzərdə tutulub.
Belə ki, müvafiq dəyişikliklə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığortalanan bitkilərin sayının 14 növdən 41 növədək artırılmasına, kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə yalnız südlük istiqamətli iribuynuzlu heyvanlar deyil, xırdabuynuzlu və ətlik istiqamətli iribuynuzlu heyvanların da aqrar sığorta sistemi çərçivəsində sığortalanmasına imkan yaranacaqdır.
Artıq heyvanlarla bağlı yaş məsələsi də dəyişir və bir il tələbi 11 günə salınır. Bu halda 11 gün və yeddi yaş aralığında olan heyvanlar sığortalanacaq: iribuynuzlu mal-qara südlük istiqaməti üzrə 11-ci gündən 7 yaşa qədər, ətlik istiqaməti üzrə 11-ci gündən 3 yaşa qədər və xırdabuynuzlu heyvanlar 11-ci gündən 5 yaşa qədər.
Qərara əsasən, aqrar sığorta məhsulunun şərtlərində qeyd olunan əmsallar tətbiq edilərək aşağıdakı intervallarda tarif dərəcələri müəyyən edilir:
- buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - 0,7-10 %;
- pambıq, sarımsaq, soğan, zeytun, kələm - 1-10 %;
yonca, noxud, yaşıl noxud, xurma, yemiş (qovun), pomidor - 1-15 %;
- alça, albalı, alma, armud, gavalı, gilas - 3-20 %;
- şəkər çuğunduru, kartof, soya, nar, darı - 0,5-10 %;
- tütün və çay - 0,3-10 %;
- yemlik qarğıdalı (silos), günəbaxan - 0,3- 5 %;
- çiyələk, şaftalı - 2-20 %;
- heyva, qoz, qarpız - 2-15 %;
- üzüm, fındıq, badam - 0,5 -20 %;
- portağal, limon, naringi, ərik - 0,5 -30 %.
Bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə sığortalanma zamanı yuxarıdakı tarif dərəcələrinə 55 %-ədək, şaxtavurma (donvurma) riski üzrə 40 %-ədək əlavə nəzərdə tutulur
Qeyd edək ki, ilk aqrar sığorta müqaviləsi 2020-ci il noyabrın 3-də cəbhə bölgəsi olan Tərtər rayonunda imzalanıb. 2021-ci ilin iyunun 29-da isə Göygöl rayonunda ilk sığorta ödənişi həyata keçirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi