Qarabağın enerji sisteminin necə bərpa ediləcəyi açıqlanıb
22-12-2021 [15:41]
"İşğaldan öncə Qarabağ bölgəsində 1 milyona yaxın əhalini elektrik enerjisi ilə təmin edən elektroenergetika infrastrukturu mövcud olub ki, işğal dövründə vəhşi düşmən bütün şəhər və kəndləri dağıtdığı kimi, qeyd edilən elektroenergetika infrastrukturunu da tamamilə yerlə yeksən edib".
Bunu "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxışı zamanı deyib.
B.Rzayevin sözlərinə görə, artıq rəhbərlik etdiyi qurum azad edilmiş ərazilərdə müəyyən işlər görüb:
"Ötən bir il müddətində “Azərenerji” işğaldan azad olunan bölgələrdə minatəmizləmə əməliyyatlarından dərhal sonra, bəzi yerlərdə isə paralel olaraq fəaliyyətə başlayaraq qısa müddət ərzində 600 MV/A gücündə yeni rəqəmsal yarımstansiyalar tikib, 400 km-dan artıq 110 kV-luq elektrik veriliş xətləri çəkərək Şuşa şəhəri başda olmaqda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam rayonlarını elektrik enerjisi ilə təchiz edib.
İşğaldan azad olunan ərazilərdə mənbəyi Azərbaycanda formalaşan bolsulu çaylar mövcuddur ki, bunların üzərində 30-a yaxın kiçik su elektrik stansiyası fəaliyyət göstərib. Düşmən əraziləri tərk edərkən onlar tərəfindən bu stansiyalar dağıdılmış, avadanlıqları daşınmış, yerdə qalan tikililər, özüllər isə yararsız vəziyyətə salınıb".
"Azərenerji"nin rəhbəri qeyd edib ki, ilk öncə bu stansiyaların monitorinqi aparılıb, müvafiq layihələr hazırlanmaqla onların bərpasına başlanılıb: "Laçın rayonunun Güləbird kəndində yerləşən 8 MVt gücündə kiçik SES ölkə başçısının iştirakı ilə Qarabağda istismara verilən ilk inrastruktur layihəsi oldu. Növbəti mərhələdə döyüş əməliyyatları nəticəsində dağıdılmış ümumi gücü 7,8 MVt olan Suqovuşan-1, Suqovuşan-2 KSES-lər yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Həmçinin, Kəlbəcər rayonunda 4 MVt gücündə daha bir KSES bu günlərdə test rejimində istismar olunur. Ümumilikdə bu stansiyaların gücü 20 MVt-dan artıqdır.
Qeyd olunanlardan əlavə Kəlbəcər rayonunda 11 ədəd, Laçın rayonunda 12 ədəd olmaqla cəmi 130 MVt-a yaxın gücdə kiçik su elektrik stanasiyalarının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanıb və növbəti ildə bunların bir qisminin yenidənqurulması tərəfimizdən həyata keçiriləcək.
Araz şayı üzərində İran İslam Respublikası ilə ortaq layihə olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının (140+140 MVt) tikintisi layihəsi üzrə “Azərenerji” ASC Azərbaycan höküməti tərəfindən sifarişçi qismində fəaliyyət göstərir. Hazırda bu istiqamətdə ölkələrarası işçi qrup yaradılıb və layihənin tamamlanması üçün müvafiq işlər icra olunur".
"Azərenerji" prezidenti ölkə enerji sistemi üçün xüsusi əhəmiyyət daşıyan Cəbrayıl Enerji Qovşağı haqqında məlumat verib:
"Bu layihə çərçivəsində Cəbrayıl rayonunda 330 kV-luq yarımstansiyanın tikintisi planlaşdırılır. Layihənin məqsədi “Xudafərin” və “Qız Qalası” SES-lərin enerjisistemə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzur enerjisisteminin etibarlılığının artırılması, Xüsusilə Cəbrayıldan Zənqəzur dəhlizini keçməklə 300 km məsafədə Naxçıvanın Şaxtaxtı rayonunda 330 kV-luq YS tikintisi, oradan Türkiyə sərhədinə kimi 50 km olmaqla elektrik veriliş xəttininin tikintisi, eləcə də İğdir bölqəsində Türkiyə enerjisitemi ilə əlaqələnməni təklif edirik. Bu layihə hazırda Gürcustan üzərindən Türkiyə ilə mövcud olan əlaqənin alternativi olmaqla 2,5 dəfə qısa məsafəlidir"/Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi