Jurnalistin müsabiqə əzabı: iki xurma və ya başını balta altına qoymaq
21-12-2021 [17:30]
İsmayıl RAFİQOĞLU
***
Medianın İnkişafı Agentliyinın (MEDİA) jurnalistlər üçün təşkil etdiyi müsabiqənin nəticəsi elən olunan andan “Feysbuk” sosial şəbəkəsində gərgin polemika səngimək bilmir.
Qaliblər təbrik toplasa da, digər qütbdə narazılıq ifadə edən xeyli jurnalistə rast gəlirik. Kimisə plagiatda ittiham edən də var, müsabiqədə layiq olmadığı yeri tutmaqda günahlandıran da. Bu ona deyəcək, o da buna.
On il öncə on dəfə çox jurnalist müsabiqəsi keçirilirdi
Jurnalist tayfası belədir, yer qazanan sevinəcək, qazanmayan da kimisə ədalətsiz olmaqda qınayacaq. Jurnalistin hər hansı bir problemə, ya onun fikrincə, doğru olmayan bir hala yanaşması bəllidir. Etiraz bildiriləcək, polemika açılacaq, uzun-uzadı yazışmanın şahidi olacağıq. Bəzən etiraz etmək həvəsi məntiqi yanaşmanı üstələyir.
Jurnalist müsabiqəsi keçirmək istəyi təhlükəli yola əl atmaq kimi bir işdir. Haradasa 10-15 il öncə ölkədə indikindən bəlkə də on dəfə çox jurnalist müsabiqəsi keçirilirdi. Nazirliklərdən, dövlət komitələrindən, beynəlxalq qurumlardan və qeyri-hökumət təşkilatlarından tutmuş iri şirkətlərə kimi hamı jurnalist müsabiqəsi keçirməyə can atırdı. Elə indiki kimi sevinən sevinirdi, narazı olan da təşkilatçını tənqid atəşinə tuturdu.
Filan şirkət jurnalistlərə xurma yedizdirdi
Olmuş hadisədir. Azərbaycanda daima jurnalist müsabiqəsi keçirən bir şirkət qaliblərə mükafat payladıqdan sonra qalan iştirakçılara da kiçik bir hədiyyə yollamağa qərar verir. Haradasa 50-yə yaxın jurnalistlə əlaqə saxlayıb, iş yerinin ünvanını dəqiqləşdirib, onlara kuryerlə hədiyyə qutusu göndərirlər. Qutunu açan hər jurnalist iki kiçik şokolad və iki xurma görür. Bu xurma və şokolad söhbəti çox şişir, şirkəti hoydu-hoyduya götürürlər. Nə yemisən, turşulu aş. Əlbəttə, redaksiyada çalışan jurnalistə belə bir “hədiyyə” yollamaq çox böyük səhv idi, çünki tək deyilsən, ətrafında həmkarların çalışır, onlara da gərək bir qırıq verəsən. Verə də bilmirsən, amma olan oldu, necə deyərlər.
Mətbuatda bu barədə qəzəbli yazı yazmayan, sosial mediada fikir bildirməyən bir jurnalist qalmır. Deyən deyir, yazan yazır. Elə bu gün də “Filan şirkət jurnalistlərə xurma yedizdirdi” başlıqlı yazılara rast gəlmək olar. Kimin haqlı və ya haqsız olduğunu demək çətindir. Burada həm şirkətin piar departamentinin səriştəsizliyi var, həm də müsabiqədə yer tuta bilməyən jurnalistin narazılığını ifadə etmək həvəsi. Şirkət, əlbəttə, imic baxımından çox itirdi, amma itirən tək özü olmadı. Adətən müsabiqəyə qoşularaq az-çox yer tutan jurnalist qövmü də bu imkanı birdəfəlik itirdi. Daha o gündən həmin şirkət jurnalist müsabiqəsi keçirmir, çünki nə etsən belə narazı jurnalistdən yaxanı qurtara bilməyəcəksən. Hazırda şirkət daha təhlükəsiz yol seçib, jurnalistlər üçün havayı xarici dil kursları təşkil edir. Həm abır-həyası yerində qalır, həm də qulağı dincdir.
Başını balta altına qoymaq istəyən tapılmır
Bir sözlə, hər dəfə jurnalistin qınaq obyektinə çevrilən şirkətin, dövlət qurumunun və ya digər təşkilatın sonda yalnız bir yolu qalır: müsabiqə işindən birdəfəlik imtina etmək. Heç bir nazirlik jurnalistin dilinə düşmək istəmir. Onların pair qurumu və mətbuat katibliyi belə düşünür. Yaxşısı elə jurnalist üçün bir mediatur, təlim, şəfalı bir guşədə istirahət imkanı təşkil etməkdir. Həm o tərəf razıdır, həm bu tərəf. Lazım gəlsə, sahədən yazan jurnalistə, onun redaksiyasına bayramdan-bayrama tort, şirniyyat, başqa hədiyyə də yollamaq olar.
Bu gün demək olar heç bir qurum jurnalist müsabiqəsi keçirmək istəmir. Başını balta altına qoymaq istəyən tapılmır. Bu səbəbdən mətbuatda yaxşı yazı, reportaj, araşdırmaların da sayı azalıb. Nə həvəs var, nə də stimullaşdırıcı müsabiqə. Ara-sıra keçirilənlər də sonda narazılıqla nəticələnir, çünki təbiətən etiraza meyilli olan jurnalist öz qəzəbini məhz bu yolla ifadə edir. Kimin haqlı olduğunu da təyin etmək çətindir. Ən obyektiv jurnalist də bəzən narazılıq ifadə edə bilər, çünki hər müsabiqədə az-çox səhvə yol verilir.
Jurnalistlə işləməkdən çətin bir şey yoxdur
Bir qaydanı qəbul etməliyik. Yüzdə-yüz obyektivliyi təmin etmək mümkün deyil, həm də heç bir fərd özünün zəif yazı yazdığını, dil normalarını pozduğunu, kimdənsə nəyisə mənimsədiyini boynuna almaz. Obyektivlik istəyənlərin bir çoxu məsələyə subyektiv yanaşır. Öz yazdığın yazını redaktə etmək çətin olduğu kimi öz materialını obyektiv qiymətləndirmək də çətindir. “Yer almamısansa, deməli, kimsə sənə qarşı qərəzli olub” prinsipi ilə hərəkət etməklə öz-özümüzü vururuq.
Müsabiqə təşkilatçısı da bu məsələdə xeyli çətinliklə üzləşir. Jurnalistlə işləməkdən çətin bir şey yoxdur bu həyatda. Dünyanın ən yaxşı şərti belə onu qane etməyəcək. Hər bir qurum obyektivliyi təmin etmək üçün mütləq kənardan ekspert dəvət etməlidir. Lap bu ekspertin adını gizli saxlasan da jurnalistlər jüri üzvlərinin kimliyindən bəzən xəbər tutur, təzyiq edirlər. Həmin media ekspertləri isə xaricdən gəlməyib, elə öz ölkəmizdə fəaliyyət göstərən hörmətli, adlı-sanlı jurnalistlərdir. Yazı təqdim ediləndə müəllifin adı çıxarılır, amma internetdə onun kimliyini rahatca aşkarlamaq olur. Maraqlar da üst-üstə düşə bilər, bəzən hansısa bir media orqanının rəhbəri öz jurnalistinin yazısına qiymət vermək məcburiyyətində qalır.
Ola bilər, bir KİV-dən beş adam müsabiqəyə yazı təqdim etsin. Əgər jüri üzvləri bu yazıları müsbət qiymətləndirsə, onda başqa media qurumları buna mənfi münasibət göstərəcək. Deyəcəklər öz adamlarına mükafat verirlər. Eyni medianı təmsil edən iki nəfərdən biri qalib olubsa, o halda digərinin üçüncü yer tutması qəlizləşir, çünki eyni xal toplamış beş namizəd varsa, həmin jurnalistin seçilmək şansı xeyli azalır. Müsabiqə yazıları ümumən keyfiyyətli olur, bir-birindən xəbərsiz jüri üzvlərinin verdiyi ballar toplandıqda eyni yerə namizəd olan bir neçə jurnalistin arasından kimisə seçmək lazım gəlir. Nə edəsən? Mütləq qalib gələn də olur, uduzan da.
Bir çox narazılığı elə kökündə dayandırmaq olar
Bəzən savadlı jurnalistlər mükafat alanların yazılarında orfoqrafik səhvlərin olduğunu, dil normalarının kobud qaydada pozulduğunu da qeyd edirlər. Açığı, bu bir epidemiyadır, qiymətləndirəsi olsaq, gərək təqdim olunan yazıların çoxunu elə bəri başdan kənarlaşdıraq. Mediada yazını redaktə etmək ənənəsi tədricən yoxa çıxır, jurnalist də tələsdiyindən ağlına gələni yazır. Baxırsan, mövzu yaxşı mövzudur, amma materialı təqdim etmə tərzi yararsızdır. Orta məktəb təhsilindən gələn problemlər ali təhsildə aradan qalxmır, nəticədə daim tələsən, savadsız yazan jurnalist nəsli yetişir.
Bu problemdən çıxış varmı? Jurnalist-təşkilatçı qarşıdurması nə zamansa səngiyəcəkmi? Əslində bir çox narazılığı elə kökündə dayandırmaq olar. Yəni bir müsabiqə elan ediləndə onun şərtləri dəqiq olmalı, dəfələrlə nəzərdən keçirilməlidir. Məsələn, müsabiqəyə video süjet təqdim edilməsi barədə müddəada kimin təqdim edəcəyi dəqiq bilinməlidir. Əgər bura yalnız televiziya jurnalisti qatıla bilərsə, bunu da dəqiq qeyd etmək lazımdır. Müsabiqənin bitmə tarixi, qiymətləndirmə dövrü ilə də aydın olmayan məqam qalmamalıdır. İşini son günə saxlayan jurnalist bəzən materialını zamanında təqdim etməyə imkan tapmır, problem yaranır.
Uduzdunsa, növbəti yarışa hazırlaş
Jüridə təmsil olunan ekspertlərin bir-birini tanımaması və sayının haradasa beş nəfərdən ibarət olması da qiymətləndirmənin daha obyektiv aparılmasına şərait yaradır. Ekspertlərə qiymətləndirmə parametrləri də dəqiq təqdim edilməlidir. Yazının ictimai fikrə təsiri, obyektivliyi, janra və dil normalarına uyğun tərtib edilməsi həmin parametrlərə salınmalıdır. Digər prioritet varsa, o da qeyd olunmalıdır. Müsabiqə bitəndə hər bir jurnalistə iştiraka görə elektron poçtla təşəkkür məktubu yollanmalıdır. Hər bir namizədin topladığı ballar göstərilməklə bütün yazıların açıq şəkildə təqdim olunması da yaxşı olardı. Maksimum şəffaflıq istənilən müsabiqənin rahat formada reallaşmasının yeganə yoludur.
Digər tərəfdən jurnalist də lazım gəldi-gəlmədi narazılıq ifadə etməkdən çəkinməlidir, çünki bütün yarışları nə udmaq olar, nə də hər birində mükafat qazanmaq. Yazını təqdim etdin, unut getsin. Yer qazandın, mükafatını al, bu barədə sosial şəbəkədə məlumat paylaş. Uduzdunsa, bunu özün üçün analiz et, hər bir səhvini araşdır, növbəti yarışa hazırlaş. Boş-boşuna narazılıq bildirmək enerji itkisidir. Bu enerjini yeni materialın hazırlanmasına sərf etmək daha münasibdir.
Bu gün narazı jurnalist kütləsinin fəaliyyətinin nəticəsi göz qabağındadır. Ölkədə müsabiqə təşkil etmək istəyən qurumları barmaqla göstərmək olar. Heç kəs bu işə əl qoymaq istəmir. Hər bir təşkilat öz sahəsinə bağlı yazı və videoların olmasını istəyərdi, amma narazılıq dalğasını gözünün önünə gətirərək bu işə yaxın duran yoxdur. Gələcəkdə vəziyyətin dəyişməsi, təşkilatçı-jurnalist qarşıdurmasının aradan qaldırılması daha konstruktiv yanaşmanın ortaya qoyulmasına bağlıdır.
Novator.az
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
Şura sədri Sahib Məmmədov intihar edib
Milli Məclisin plenar iclası ləğv olunub
Lionel Messi komanda yoldaşları ilə Bakıya gəlir - Bu tarixdə
CHP ilə MHP arasında gərginlik böyüyür - Özgür Özəl Baxçalının çıxışı yazılan vərəqi cırdı, qarşı tərəf "bu, əxlaqsızlıqdır" dedi
“Xəyyam Əhmədlinin müalicəsinə kömək etməyənlər sırasında kim adımı çəkirsə..." - Meyxana ustadı
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib - FOTO
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Əli Əsədov yeni qərar imzalayıb
Valideynlər Hövsan Olimpiya İdman Kompleksindən şikayət edir - Çarpayılar su altında qalıb + VİDEO
Məşhur müğənninin ayaqları tamamilə tutulub - "Sən bir ağrılarımı bilsən..." - FOTO
"Avrora Qrup" məhkəməyə verilib
Şuşa şəhərinə daha 48 ailə köçürülüb
Ceyhun Bayramov Maltaya yollanıb
Azərbaycan neftinin qiyməti 2 dollar qalxdı
4 uşaq anası ərini öldürüb - Çoxsaylı bıçaq zərbələriylə
Rektor kimdən və niyə şikayət edib? - İradə Xəlilovanın qızı ilə bağlı ilginc xəbər yayıldı
Mərkəzi Bank sədrinin 753 əmlakına "əl qoyulub" - Vəzifədən azad olunandan bir il sonra...
Osimhen yanvarda "Qalatasaray"dan gedəcək? - "Müqaviləsində elə bir bənd var ki..."
Gürcüstanda polis nümayişi dağıtdı, ancaq... - Qonşu ölkədə səhərə yaxın qarşıdurma artıb, saxlanılanlar var
İran XİN başçısı: "Əsədə yardım üçün ordu göndərməyə hazırıq" - İraqdakı silahlı qruplar Suriyaya daxil olub
Türkiyədə tikiş sexində dəm qazı: 21 nəfər zəhərlənib
İsrail ordusu Qəzzanı növbəti dəfə vurub: ölənlər var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Ulduz” jurnalının Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
Gürcüstanda gərginlik: 298 nəfər saxlanılıb, 143 polis yaralanıb - "Bu, çox narahatedici haldır"
"Bəzi Qərb səfirlikləri QHT-ləri ələ almağa çalışır" - Dövlət qurumları yanındakı şuralarla bağlı sensasiyalı bəyanat yayılıb
Türkiyədə zəlzələ olub
Cənubi Koreya parlamenti hərbi vəziyyət rejimini ləğv edib
Müəllim İdarə müdiri təyin edilib
İstanbulun ən çox kriminallaşmış bölgələri - SİYAHI
Onlara təhsil sektorunda yüksək vəzifələr verildi - Siyahı + FOTO
Mehriban Xanlarova: "Onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm, ancaq..."
Qəzzada savaşın 424-ci günü: ölənlərin sayı 44502-yə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı