Minimum əmək haqqı... - Yeni artım nə vəd edir?
17-12-2021 [17:36]
Rövşən AĞAYEV,
İqtisadçı
***
Yanvarın 1-dən minimum əmək haqqının 300 manata artırılması ədalətli sosial siyasətin təntənəsi kimi təqdim edilir.
Amma əgər inflyasiyanın etibarlı ölçümü olsa, istehlak səbətinin dəyəri obyektiv şəkildə indeksasiya edilsə, hər kəs görər ki, məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir.
Bir neçə aydınlaşdırıcı fakt deyim:
Əvvəla, 2022-ci ilin minimum istehlak səbətinin dəyəri cəmi 7% artırılır. Halbuki dəyər etibarı ilə strukturunun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə ağırlıqlı olaraq qida inflyasiyasının səviyyəsi nəzərə alınmalıydı. Hətta ictimai etimad qazanmayan rəsmi statistik mənbə belə qida qiymətlərinin bu ilin noyabrında ötən ilin eyni dövrünə nisbətən 15% yüksək olduğunu qeyd edir. Yəni siz keçən il noyabrda 100 manata aldığınız qida səbətini indi 115 manata alırsınız.
İkincisi, xidmətlər səbətində kəskin bahalanma oldu. Təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 7 manat artır.
Üçüncü vacib məqam - hazırkı istehlak səbəti yalnız mərkəzləşdirilmiş sistemlə istilik əldə edən edən ev təsərrüfatları üçün normativ müəyyən edib (hər 12 kv. metr üçün ayda 0.15 manat). Halbuki ən yaxşı halda 10-15% insanın bu xidmətə çıxışı var. Əgər kimsə desə ki, minimum səbətdə bir nəfər üçün aylıq 21 kub qaz istehlakı var, o zaman yanılacaq. Çünki 4 nəfərlik ailə 84 kub qazla ən kiçik mənzili heç 10 gün qızdıra bilməz. Yəni bu necə səbətdirsə, orda insanın ən təməl ehtiyaclarından biri olan özünü soyuqdan qoruma xidməti nəzərə alınmayıb.
Nəhayət, illərlə dediyimiz vacib bir məqamı bir də deməkdə fayda var: hazırkı istehlak səbətinin strukturu və normativləri 3-cü dünya ölkələrinin standartlarına uyğundur. Hakbuki Azərbaycan artıq 15 ildir adambaşına milli gəlirin səviyyəsinə görə Dünya Bankının təsnifatında orta yuxarı gəlirli ölkələr qrupuna daxil olub...
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər