Hesablama Palatası Dövlət Neft Fondunun büdcə layihəsinə rəy verib
05-12-2021 [14:45]
Hesablama Palatası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəy verib.
Mia.az xəbər verir ki, rəy “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb.
“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr tarixli 1685 nömrəli Fərmanı ilə dəyişikliklər edilib. Həmin dəyişikliklərlə Dövlət Neft Fondunun (Fond) büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra İcraçı direktor tərəfindən Fondun büdcəsinin layihəsi Dövlət Neft Fondunun vəsaitininin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) ilə birlikdə rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq Dövlət Neft Fondunun Müşahidə Şurasına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim etməsi, Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Fondun büdcə layihəsinə dair rəy verməsi nəzərdə tutulub.
Hesablama Palatasının rəyində Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Neft Fondu haqqında Əsasnamə ilə müəyyən edilmiş vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2022-ci ildə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin Fondun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğu araşdırılıb.
Rəy hazırlanarkən Fondun büdcəsinin 2020-ci il üzrə icra göstəriciləri, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisəli təhlillər aparılıb, Rəy “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirlərinin mədaxil mənbələri üzrə daxilolmalara dair göstəricilər, 2021-ci ilin 9 ayının icrası üzrə Fondun statistik məlumatlarından, Hesablama Palatasına təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, müxtəlif rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə edilməklə və təhlillər aparılmaqla hazırlanıb ki, bu da kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir və digər təşkilatların ekspert mühakimələrindən fərqli ola bilər.
Rəy “Ümumi müddəalar”dan, “Dövlət Neft Fondunun 2022-ci il üçün büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinin ümumi xarakteristikası, Dövlət Neft Fondunun 2022-ci il büdcə gəlirləri, Dövlət Neft Fondunun 2022-ci il büdcə xərcləri ilə bağlı alt bölmələrdən, həmçinin nəticələr və ayrı-ayrı istiqamətlər üzrə Hesablama Palatasının müvafiq tövsiyələrindən ibarət olmaqla tərtib edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi