Avtomobillərin icbari sığortası üzrə yeni qaydalar nə vəd edir?
01-12-2021 [14:19]
"Sığorta hadisəsi zamanı avtomobilə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilməsi vətəndaşlar üçün sərfəli ola bilər".
Bu barədə sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib.
O bildirib ki, bu prosesin tətbiq edilməsi 5 il öncə gündəmə gətirilib:
“Mərkəzi Bankın rəsmisi dünən açıqlamasında bildirib ki, sığorta sahəsində yeniliklər olacaq və zərər görən tərəf sığorta hadisəsi zamanı öz sığorta şirkətinə müraciət edəcək. Bu məsələ əslində yenilik deyil. 2016-cı ildə "İcbari sığortalar haqqında" Qanuna dəyişiklik olundu. Bu məsələ həmin vaxtdan artıq nəzərdə tutulmuşdu. Tutalım, iki avtomobil toqquşur. Əvvəlki qaydalara görə ödənişi zərər vuranın sığorta şirkəti verməlidir. Amma indi zərərçəkənin sığorta şirkəti maşını qiymətləndirəcək və zərərçəkənə ödəniş edəcək. Sonra isə zərərçəkənin sığorta şirkəti həmin məbləği zərərvuranın sığorta şirkətinə göndərəcək ona geri ödəniş etsin. Əvvəllər bu məsələni Mərkəzi Bank və ondan da əvvəl Palata qaldıranda qarışıqlıq yarandı. Bəzi şirkətlər bu barədə narazılıq etdi. Onlar qeyd edirdi ki, zərərçəkənin sığorta şirkəti bilir ki, o pulunu başqa şirkətdən alacaq, onda zərərin məbləğini şişirdə bilər. Ona görə də 2016-cı ildə bu məsələ dayandırıldı”.
İ.İbrahimov bildirib ki, avtomobil sığortası ilə bağlı müstəqil qiymətləndirici ekspertlərlə aid edilən məsələlərin tənzimlənməsinə ehtiyhac var:
“Burda kifayət qədər mübahisəli məsələlər var. Eyni zamanda qanunvericilikdə problemlər mövcuddur. Məsələn, qiymətləndirmə ilə bağlı sığorta şirkətlərinin özünün işlədiyi ekspertlər var. Seçim olanda şirkətlər qiymətləndirmə üçün işi həmin ekspertlərə verirlər. Bu zaman da problemlər yaşanır. Mərkəzi Bank indi çıxış yolu olaraq təsadüfi seçim üsulu tətbiq edəcək. Məsələn, siyahıda bir nəfər təsadüfi seçim əsasında seçiləcək və avtomobili qiymətləndirəcək. Müstəqil ekspertlərin reyestrinə Mərkəzi Bank nəzarət edir. Burda müxtəlif suallar ortaya çıxır. Bu ekspertlərə nə qədər inanacağımız gələcəkdəki şəffaflıqdan asılı olacaq”.
Ekspert hesab edir ki, burda Mərkəzi Bank daha sərt mövqe tutmalı idi: "Məsələn, sığorta şirkətləri 3-5 nəfərlə işləyir. O şəxsləri ortaya çıxarıb ictimailəşdirməli idi. Mərkəzi Bank müstəqil ekspertlərin siyahısına nəzarət etməlidir. Amma görünən odur ki, Mərkəzi Bank sadəcə eksperləri reyestrə salır və ondan sonrakı hissəyə qarışmır. Orda elə adamlar var ki, bir dəfə reyestrə düşür, vəssalam. Sonra həmin şəxsə zəng vurursan telefonu götürmür. Mütəmadi olaraq bu reyestr yenilənməlidir. Fəaliyyət göstərməyənlər reyestrdən çıxarılmalıdır”.
Onun sözlərinə görə, hazırda sığrota sektorunda birinci problem qiymətləndirmə problemidir. Vətəndaşların sözlərinə görə, sığorta şirkətləri qiymətləndirmə zamanı konkret olaraq 3-5 nəfər ekspertlə işləyir.
"Onlar da ya şirkətin öz işçisi olur, ya da şirkətin dediyi qiyməti qoyurlar. İndi Mərkəzi Bank ekspertlərin təsadüfi seçim əsasında seçilməsini və zərərin zərərçəkənin sığorta şirkətinin ödəməsini təmin edəcək. Bu məsələ vətəndaş üçün daha yaxşı ola bilər. Belə ki, gələcəkldə vətəndaşa daha çox pul verilə bilər. Çünki zərərçəkənin şirkəti öz müştərisinə xoş gəlmək üçün məbləği çox yazdıra bilər. Amma zərərvuranın sığorta şirkətinə sərf etməyə bilər. Çünki ona özü iştirak etmədən yüksək məbləğ təqdim oluna bilər", - deyə İ.İbrahimov qeyd edib.
Xatırladaq ki, dünən Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov jurnalistlərə açıqlamasında avtomobillərin icbari sığortası sahəsində yeniliklərin olacağını bildirib. Yeniliklərə əsasən, sığorta hadisəsi baş verdikdə avtomobilə dəymiş zərəri zərər vuranın sığorta şirkəti deyil, zərər çəkənin sığorta şirkəti ödəyəcək/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi