Ekspert: "Bu, Azərbaycan hökuməti üçün də dərs olmalıdır" - “Türkiyənin bu günü bir neçə ildən sonrakı Azərbaycan və Rusiyasının gələcəyidir"
25-11-2021 [17:31]
"Son günlər Türkiyə lirəsi kəskin ucuzlaşır. Noyabrın 25-də ABŞ dolları 12 lirədən baha təklif olunur".
Mia.az-ın məlumatına görə, iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, Türkiyə lirəsinin kəskin dəyər itirməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır: “Türkiyənin bu günü bir neçə ildən sonrakı postneft Azərbaycanın və Rusiyasının gələcəyidir. Heç kəsə sirr deyil ki, Azərbaycan manatı və Rusiya rublunun sabitliyi yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur. Bu gəlirlər azalan kimi həm Rusiyada, həm də Azərbaycanda qara günlər başlayacaq.
Təəssüf ki, son dörd ildə büdcə xərclərinin 23,2 faiz artımı fonunda qeyri-neft sektorunu cəmi 6,2 faiz yüksəldən korrupsioner Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Çünki ölkədə idarəetməyə məsul olan hakim ailədən tutmuş yüksək vəzifəlilərə qədər hər kəsin başı korrupsiya, inhisarçılıq, büdcədən talanan, gizli iqtisadiyyatdan formalaşan kapitalın ölkədən çıxarılıb ofşor şirkətlərin qurulmasına qarışıb.
Türkiyəyə gəlincə, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu ay və gələn ay kritik olacaq”.
2015-ci ilin devalvasiyalarında Azərbaycanda dolların rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 4 milyard 845,3 milyon ABŞ dolları məbləğində vəsait satıb.
Manatı qorumağa Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi