Uşaqların peyvəndlənməsi niyə vacibdir? – “Vaşinqton Post”un yazısı
22-11-2021 [13:26]
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Niyə uşaqların COVİD-19-a qarşı peyvəndlənməsi poliomielitə qarşı peyvəndlənməsi qədər vacibdir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllif Braun Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı Aşiş Cadır.
Mia.az xəbər verir ki, Novator.az saytı məqaləni ingilscədən çevirərək yayıb.
Həmin məqaləni təqdim edirik:
"70 il bundan əvvəl yayılmış bir virus saysız-hesabsız amerikalının ölümünə səbəb oldu. Övladlarının yoluxmasından ehtiyatlanan valideynlər onları evdən çölə buraxmırdılar. ABŞ-ın yoluxma halları aşkarlanan şəhərlərində ciddi komendant saatı tətbiq olunmuşdu.
Amerikalılar daha çox xəstəliyin onları, xüsusilə də uşaqları iflic edəcəyindən qorxurdular. Yoluxan uşaqların əksəriyyətini yalnız “dəmir ağciyərlər” adlanan nəhəng süni nəfəs aparatlarının köməyilə həyatda saxlamaq mümkün olurdu.
Söhbət poliomielit virusundan gedir. Həmin dövrdə poliomielitlə mübarizəyə bütün cəmiyyət səfərbər olunmuşdu. Yoluxanların yalnız 0,1 faizində ciddi fəsadlar aşkarlansa da, buna əhəmiyyət verən yox idi.
Sonra amerikalılar virusoloq Conas Solkun poliomielitə qarşı hazırladığı, çox təsirli vaksinlə peyvəndlənməyə başladılar. Biz indiyə qədər də uşaqların poliomielitə qarşı peyvənd olunmasına tərəfdarıq.
Ötən əsrin ortalarına aid bu xəstəlik tarixçəsi hazırda valideynlərin öz övladlarını COVİD-19 infeksiyasına qarşı peyvənd etdirmək qərarı verməsinə yardımçı ola bilər.
Bu yaxınlarda ABŞ-da 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvəndlənməsi prosesinə start verilib. Proses başlanandan bəri vaksin vurdurmaq üçün könüllü şəkildə növbəyə yazılan valideynlərin və uşaqların sayı artmaqdadır.
Bununla belə bu yaş qrupundan olan uşaqların peyvəndlənməsinin əleyhinə çıxan valideynlərin də sayı az deyil. Bəzi valideynlər hətta özləri vaksin vurdursalar da, uşaqlarının pevəndləməsini istəmirlər.
Onların tərəddüdləri başadüşüləndir. Çünki valideynlər COVİD-19-un uşaqlar üçün qorxulu olmadığını dəfələrlə eşidiblər. Burada həqiqət var, ancaq bu faktı bütün uşaqlara aid etmək olmaz. Poliomielit xəstəliyi kimi COVİD-19 infeksiyası da bəzi uşaqların sağlamlığına təhlükə yaradır.
Hər iki xəstəliyə yoluxanların dörddə üçündə heç bir simptom müşahidə olunmur. Özünü xəstə hiss edənlərdə isə qripəbənzər simptomlar olur və onların əksəriyyəti tam sağalır.
Uşaqlar böyüklərə nisbətən koronavirusa daha az yoluxurlar. Poliomielit virusuna yoluxmada da yaş fərqi müəyyən dərəcədə müşahidə edilirdi. Poliomielit ilk növbədə uşaqları hədəf alsa da, bu virusa yoluxan böyüklər xəstəliyi daha ağır keçirirdi.
Poliomielit və koronavirus vaksinləri arasındakı bəzi zəruri fərqlərə nəzər salaq.
Conas Solk poliomielit peyvəndinin hazırlanmasında inaktiv virusdan, yəni ölü hala gətirilmiş virusdan istifadə edib. İnaktivasiya prosesindəki qüsurları nəzərə alsaq, görərik ki, bu üsulla hazırlanan vaksinlərin özü poliomielit xəstəliyinin yaranmasına səbəb ola bilir.
COVİD-19 vaksinləri isə fərqlidir. Hazırlanmasında koronavirusdan istifadə olunmadığı üçün COVİD-19 vaksinindən xəstəliyə yoluxmaq fiziki baxımdan qeyri-mümkündür.
Bu, koronavirus vaksinlərinin daha təhlükəsiz olduğundan xəbər verir. Qısa vaxtda bütün dünyada 4 milyarddan çox insana, o cümlədən, on milyonlarla uşağa vurulan COVİD-19 vaksinlərinin təhlükəsizlik xüsusiyyəti orijinal poliomielit vaksinindən qat-qat yüksəkdir. Faktiki olaraq COVİD-19 peyvəndləri dünya tarixində indiyədək icad olunan bütün vaksinlərdən üstündür.
Amma müqayisənin başqa tərəfləri də var. Poliomielit öldürücü xəstəlikdir və o, 1950-ci illərdə hər il 3 minədək insanın ölümünə səbəb olub. O dövrdə körpələri yaxma üsulu ilə testdən keçirmək imkanları yox idi. Yalnız simptomlar özünü büruzə verdikdə və uşaqların vəziyyəti ağırlaşdıqda onları poliomielit testindən keçirirdilər. Təsəvvür edin, biz gözləyirik ki, uşaqlarımız xəstəxanalıq olsunlar, sonra onları COVİD-19 testindən keçirək.
Xoşbəxtlikdən COVİD-19 infeksiyası ABŞ-da böyük sayda uşaq ölümünə səbəb olmayıb. İndiyədək 700-ə yaxın uşaq koronavirus nəticəsində həyatını itirib. Bu isə ümumi ölüm sayının cüzi hissəsidir. Buna baxmayaraq ABŞ-da məktəblərin bağlanmasına və böyük ictimai toplantıların ləğvinə qərar verilib.
Poliomielit xəstəliyinin yayıldığı dövrdə olduğu kimi koronavirus infeksiyası zamanı da minlərlə uşaq ağır xəstəlik diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Minlərlə azyaşlıda multisistem iltihabi sindromu aşkarlanıb, bu isə onların həyatına böyük təhlükə yaradır. Hazırda COVİD-19 infeksiyasından uzun müddət əziyyət çəkən uşaqlarla bağlı statistik məlumatlar mövcud deyil.
Poliomielit və koronavirus infeksiyaları arasında daha bir fərq var: biz poliomielitin kökünü kəsə bilmişik. Koronavirusun kəskin və sürətli yoluxucu xüsusiyyətlərini nəzərə alsaq, bu infeksiyanın ABŞ-da endemik hala gələcəyini ehtimal etmək olar. Çox güman ki, virusu nəzarət altında saxlamaq və xəstəliyi yüngül formada keçirmək üçün vaksinlər həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Uşaqların peyvəndlənməməsi insanları uzun illər xəstəliyin faciəli nəticələri ilə üz-üzə qoya bilər.
İnfeksiyanın uzun sürən fəsadlarını yenicə anlamağa başladığımız bir vaxtda yayılan dezinformasiyalar və anti-vaksin kampaniyaları bizim diqqətimizi koronavirusun uşaqlara təsiri ilə bağlı mütəxəssis araşdırmalarından bir qədər yayındırır.
1950-ci illərdə poliomielit virusu diqqətdən kənarda qala bilməzdi. O dövrdə demək olar hər kəsin poliomielit nəticəsində iflic olmuş, əlil arabasına və ya qoltuq ağacına məhkum olunmuş bir tanışı və ya qohumu vardı.
ABŞ prezident Franklin Ruzvelt poliomielit virusunun ən məşhur qurbanıdır. O, bu virusu məhv etmək məqsədilə məşhur “Dimes marşı” (“March of Dimes”) təşkilatına rəhbərlik edib. Conas Solkun hazırladığı vaksin tətbiq olunmağa başlanandan sonra dərmana etibar edən valideynlər könüllü şəkildə övladlarını peyvənd etdiriblər.
Görəsən bugünkü dezinformasiya, siyasiləşmə və anti-vaksin əhval-ruhiyyəsi ABŞ-da 1950-ci illərdə olsaydı, poliomielit peyvəndi eyni səviyyədə qəbul edilərdimi? Xəstəliyin uşaqların çoxunun həyatına təhlükə yaratmadığı barədə indiki kimi arqumentlər səslənərdimi? Yoluxanların əksərinin xəstəliyi simptomsuz keçirdiyi və ya infeksiyanın çox az sayda insanın ölümünə səbəb olduğu barədə xəbərlər eşidərdikmi?
Xoşbəxtlikdən o zaman belə arqumentlərin heç birinin böyük təsiri olmayıb. İndi də biz bu cür arqumentlərə fikir verməməliyik. Bayramları yenidən əzizlərimizlə birlikdə keçirmək və səyahətlərə çıxa bilmək üçün peyvəndlənmə yaşı uyğun olan bütün uşaqlar peyvənd olunmalıdırlar. Bu həm də ona görə lazımdır ki, biz uşaqlarla birlikdə pandemiyanı arxada qoyaq və daha gözəl gələcəyə sarı irəliləyək.
Aşiş Ca,
ABŞ-ın Braun Universitetinin İctimai Səhiyyə Məktəbinin dekanı"
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”