Martda 10 gün iş olmayacaq

img

20-02-2014 [09:37]


Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Bundan başqa, 8 mart tarixi də şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq. Beləliklə, Azərbaycanda gələn ay 10 gün bayram edəcəyik. Bu qədər istirahət günü çox deyilmi?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirdi ki, bayram günləri ilə bağlı hansısa dəyişiklik olmayacaq: "Bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunacaq. Martın 20-24-ü bayramdır. Orada əlavə şənbə bazar günləri, ayın 25, 26-sı var. Həmin günlər də bayram hesab ediləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA