Azərbaycanda zeytunçuluq inkişaf xətti götürüb

img

18-02-2014 [13:10]



Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biri sayılır. Bu, xalqımızın qədim kökə, mədəniyyətə, adət-ənənəyə sahib olduğunu göstərir. Eyni zamanda, ölkəmizdə müxtəlif ərzaq məhsullarının yetişməsi və istifadə olunması da vacib amillərdəndir.

Dünyada, eləcə də ölkəmizdə istifadə olunan, həm mətbəxdə, həm təbabətdə əvəzsiz məhsullardan biri də zeytundur. Zeytunun insan orqanizminə xeyrinə keçməzdən əvvəl bu məhsulun bioloji tərkibinə nəzər yetirək.Bu bitkinin yarpaqları oleuropein, oleasterol və lein, olein turşusu, antioksidantlar: E vitaminindən, polifenollardan ibarətdir. Zeytun yağı həmçinin, bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşularını verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq. Zeytun yemənin şəfaverici faydalarına görə, dünyanın ən sağlam ərzaqlar qrupuna daxil edib. Bu bitki və onun yağı səhhət üçün faydalıdır və qanda xolestrolun miqdarını azaltmaq qabiliyyətinə malik monodoymamış turşu yağlarının çoxluğuna görə məşhurdur. Zeytun ürək və qan damarlarını arteriosklerozdan qoruyur; o, sağlam qidalanma modeli sayılan Aralıq dənizi pəhrizinin əsas komponentidir. Bir ağac və bir litr Bir zeytun ağacından bir litrə qədər yağ almaq olar. Hətta, bol məhsul dönəmində bir ağacdan bu qiymətli mayenin iki litrini belə almaq olar. Olives protects heart and blood vessels against atherosclerosis Həmişə yaşar ağac Zeytun ağacı boyu 4-12 metrə çatan həmişəyaşıl ağac və ya kol bitkisidir. Adətən, bu ağacın gövdəsi boz rəngdə olur, yarpaqları qalın dərilidir. Ağac tam bəhrəsini hər 2 ildən bir verir – yığımdan sonra o dincə qoyulmalı və möcüzəli meyvəsini yenidən vermək üçün gücünü qazanmalıdır. Tərəddüdsüz demək olar ki, bu ağaclar keçmiş zamanların şahidləridir, çünki onlar min ilədək yaşaya bilirlər! Yaşıl və qara Zeytunun çox növü var: yaşıl, qara, kiçik və ya iri, fərqli dadlı və müxtəlif yağ tərkibli. Nəfis turşuya qoyulmuş zeytunlar qara çaxır rəngli və yüngül meyvə dadlı olur. Onlar iştahaaçan kimi əvəz edilməzdir, və həmçinin müxtəlif salatların komponenti olur. 11 zeytun Qədim yunanlar zeytunun yeməkdə istifadəsini kəşf etmişlər. Onların dediyinə görə, zeytunun həqiqi dadını hiss etmək üçün 11 ədəd yemək lazımdır. Zeytunun populyarlığı illər keçdikcə azalmadı, əksinə – bütün dünyada bu kiçik meyvə daha çox sevilir, və onu təsvir edərkən ancaq sifətin üstünlük dərəcəsi istifadə olunur. Əsas yetişdirildiyi yerlər Aralıq dənizi regionunun sahilyanı əraziləri və isti iqlimə malik başqa ərazilərdir: Kanar adaları, Krım, Qafqaz, Cənub-qərbi Afrika, Hindistan, Yaponiya, Kaliforniya, Bermud adaları, Yamayka və Cənubi Amerika.

Məhz, daha çox müsbət nəticə verdiyinə görə, bu məhsulun istehsalına xüsusi önəm verilir. Zeytundan ən çox yağ istehsalında istifadə olunur.Zeytun yağı dünyada ildə 1,6-2,6 milyon ton istehsal edilir. Zeytun yağı zeytunun əzilib sıxılması, qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir. Bu proses tamamilə fiziki üsulla aparılır, heç bir kimyəvi metoddan istifadə edilmir. Bu yağ Aralıq Dənizi ölkələrində yüksək miqdarda istehlak edilir. Burada yaşayan insanların sağlamlığında ürək-damar xəstəlikləri, xərçəngin daha az olması ilə diqqət çəkirlər. Zeytun yağı ürək-damar xəstəliyi olan insanlarda xolestrolun azalmasına yüksək dərəcədə kömək edir. Həmçinin xərçəng xəstəliyinin müalicəsində də əsas rol oynayır. Yağın tərkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə xərçənglərin inkişafına mane olduğu həkimlər tərəfindən söylənir. Bundan əlavə qalın bağırsaq, döş xərçəngi, mədə yarası xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Alimlər zeytun yağının hələ kəşf edilməmiş başqa xüsusiyyətləri olduğuna da inanırlar. Hal hazırda dərman, kosmetika sənayesində qatqı maddəsi kimi geniş istifadə olunur. Xalq arasında isə illərdən bəri bir çox saç, dəri xəstəliyində zeytun yağından istifadə olunur. Bu qədər çox faydası olan, ölkəmizdə də istehsal olunan zeytun yağı insanlarımız tərəfindən çox təəssüf ki, yetərincə istifadə olunmur. Sağlamlığının qeydinə qalmaq istəyən insanlar mütləq zeytun yağından lazımınca istifadə etsinlər, faydasını özləri görəcəklər.

Ekspertlərin hesablamalarına görə, onun min qramında 930 kalori var. Zeytun yağını orqanizm asanlıqla həzm edir, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir. Bu xüsusiyyətinə görə zeytun yağından təbabətdə də geniş istifadə olunur. Zeytunun tərkibindəki mineral duzlar onun əhəmiyyətini daha da artırır. Dəymiş zeytundan alınan yağdan dərman preparatları: xüsusən yanıq məlhəmləri və iynə dərmanlarının tərkibində yara sağaldan, iltihabı aradan qaldıran və ağrıkəsən həblər hazırlanır. Zeytun yağının əsas tərkib hissəsi doymamış yağ turşularıdır. Bu yağ turşuları qanda sağlamlıq üçün zərərli xolesterinin səviyyəsini endirirlər, faydalıhissəsinin miqdarı dəyişməz qalır .Buna görə də insan orqanizmində həyat üçün mühüm elementlərin balansını təmin edir. Bu gün bütün dietoloqlar zeytun yağının faydalarından danışırlar. Doymamış yağ turşuları ilə zəngin zeytun yağının istifadəsi ürək-damar xəstəliklərinin, diabetin, piylənmənin qarşısınıalır. Aparılmış tədqiqatlarda müəyyən olunmuşdu ki, zeytun yağı istifadəsi ürək-damar xəstəliklərinə tutulma riskini 40% azaldır. Tədqiqatlarda Böyük Britaniya, İtaliya, Yunanıstan, İspaniya, Fransanın 8200-dən çox sakini iştirak edib. Mütəxəssislər iştirakçiların gündəlik qida rasionunu öyrəniblər.


Azərbaycanda zeytunçuluğuntarixi böyükdür. Zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanlı adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib.Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar olub. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb.Amma son 20 ildə zeytunçuluğa diqqət azaldığından, zeytun bağlarının həcmi də daralıb.Son illər Azərbaycanda ildə 60 ton zeytun yağı istehsal olunur ki, bu da sovet dövründəki göstəricilərlə müqayisədə 4 dəfə aşağıdır. Gələcəkdə bu rəqəmin 300 tona çatdırılması gözlənilir. Çünki zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı tədricən artır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb.

Amma zeytunçuluğun inkişafı Azərbaycan hökumətinin əsas prioritet sahələrindən birikimi qəbul olunmağa başlayıb. Bir müddət öncə Bakıda keçirilən "Caspian-Aqro” III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisində Beynəlxalq Zeytun Təşkilatının rəhbərinin şəxsən iştirak etməsi təsadüf deyildi.Həmin təşkilatın nümayəndələri ilə Azərbaycanda zeytunçuluğun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə,2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramında da zeytunçuluğun inkişafına dair müddəalar yer alıb. Dövlət Proqramında Abşeron yarımadasında və digər regionlarda zeytun bağlarının bərpası və genişləndirilməsinin dəstəklənməsi qeyd olunub. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının qarşısında müvafiq hədəflər qoyulub.

Onu da nəzərə çatdıraq ki,Dövlət Proqramı çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara zeytunla bağlı layihələrə güzəştli kreditlər ayırır.Məsələn,Zirə qəsəbəsində zeytunçuluqla məşğul olan sahibkarlara200 hektar ərazidə zeytunluğun salınması üçün 400 min manat güzəştli kredit verilib.

Azərbaycanda zeytun yağı və konservlərinin istehsalı ilə məşğul olanən iri şirkət"Azərsun Holdinq” Şirkətlər Qrupudur. Bu şirkətin istehsal etdiyi digər məhsullarla yanaşı, zeytun yağlarının və konservlərinin daxili bazarda xüsusi yeri var. Doğrudur, dükan-bazarlarımızda xarici ölkələrdən gətirilən zeytun məhsulları var. Amma insanlar həm qiymət, həm də keyfiyyət baxımında milli brendimizə etibar etməsi tendensiyası artmaqdadır.

Milli brendimiz sərhədlərimizi aşaraq, dünyanın bir çox ölkələrində ad qazanıb. Bir məhsulun həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda alıcısı varsa, deməli, Azərbaycanda zeytunşuluğun perspektivinə şübhə yoxdur.

Zaur MƏMMƏDOV


Yazı Azərbaycan Mətbuat Şurasının "Azərsun Holdinq”lə birgə "Zeytun Bağları: Azərbaycan zeytununun şöhrəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA