“Rüşvət pulları Bakıya “meşok”larda daşınıb”

img

18-02-2014 [12:32]


Vyana məhkəməsində Azərbaycan Mərkəzi Bankı və bu ölkənin banknot çapı ilə məşğul olan "OeBS” şirkəti arasında rüşvət sövdələşməsinə dair qalmaqallı proses vəkillərin və prokurorun çıxışları ilə davam edir.

Prokurorun bildirdiyinə görə, iş üzrə təqsirləndirilənlərdən "OeBS” şirkətinin keçmiş yüksək vəzifəli qadın əməkdaşı - marketinq şöbəsinin rəhbəri, əslən Rumıniyadan olan F. (onun adı göstərilmir-red.) deyib ki, Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin göndərdiyi "tanımadığı naməlum vasitəçi” rüşvət pullarını almaq üçün onunla Moskvada görüşüb.

"Bu, trillerə oxşayırdı” - deyə prokuror Sackmann bildirib.

Həmin şəxs qadına saxta "hesab-faktura” təqdim edib və pulların həmin hesaba köçürülməsini istəyib. Sənədlərdə göstərilməliydi ki, guya pullar marketinq xidmətinə görə ödənilir. Prokuror bildirib ki, pulları nəqdləşdirəndən sonra bağlanan həmin marketinq firması Dubayda qeydiyyatdan keçmişdi.


Məhkəmədə "OeBS” şirkətinin həmin qadın əməkdaşının Moskada qaldığı oteldən göndərdiyi fakslar da nümayiş etdirilib. Prokuror bildirib ki, rüşvət pullarının bu yolla ötürülməsi riskli olub və "OeBS” şirkətinin rəhbərləri çirkli pulların yuyulması sxeminin üstünün tezliklə açılacağından ehtiyat edərək növbəti "şapka”ları gecikdiriblər.

Azərbaycan tərəfdən isə təzyiqlər artıb. Bu dəfə onlar Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətin hesablarını təqdim ediblər. Lakin "OeBS” həmin hesaba pulları köçürməyə tərəddüd edib, çünki sxemin üstü açılardısa, şirkətin beynəlxalq reputasiyasına ciddi zərbə dəyərdi.

Nəhayət, bir neçə cəhddən sonra F. iki vəkil tanışı ilə məsələni müzakirə edir. Onlar deyirlər ki, İsveçrə vətəndaşı olan yaşlı qadının adına olan "Venkoy” adlı offşor şirkət tanıyırlar və bu şirkət Panamada qeydiyyatdan keçib, "problemli” offşor köçürmələrlə məşğul olur. Həmin şirkətin Avstriyada bank hesabı var.

Vəkillər göstəriləcək xidmətin əvəzində 4 faiz haqq tələb ediblər. Prokuror xidmətə görə yaşlı qadına 4 min İsveçrə frankı, vəkillərin isə hər birinə 100 min avro ödənildiyinə dair sübutların olduğunu bildirib.

2008-ci ildə Avstriya hüquq-mühafizə orqanları "Venkoy” şirkətinin hesabına on milyonlarla avro köçürülməsindən şübhələnir və bu bank hesabı çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində izlənilir. Nəticədə rüşvət sxeminin iştirakçıları "Venkoy” şirkətinin Bratislava (Slovakiya) və Londonda (İngiltərə) yeni bank hesablarını açırlar. Azərbaycan Mərkəzi Bankı ilə bağlanan sonrakı müqavilələrə görə "şapka”lar həmin hesablara ödənilir.

"Bütün bunlardan əlavə, Azərbaycan diplomatları birbaşa qadının vətəni Rumıniyada peyda olaraq pulların "dərhal” nağd ödənilməsini tələb ediblər. Nəticədə pullar "Stephansplatz” şirkətinin istehsalı olan plastik "meşok”lara doldurularaq Bakıya göndərilib” - deyə prokuror bildirib.

Elman Rüstəmovun adamları pulları "TigerLilly” vasitəsilə alıb

Bu gün Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan "OeBS” şirkəti ilə Azərbayanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə çoxdan gözlənilən qalmaqallı məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, məhkəmənin birinci iclası olduqca izdihamlı keçir və prokurorun ittiham aktını oxuması ilə başlayıb. Prosesi çoxsaylı jurnalistlər ordusu izləyir.


Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə "OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın - manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində "şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb.

Avstriya prokurorluğu iş üzrə 9 nəfər, o cümlədən "OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfa qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, mənimsəmə, rüşvət və çirkli pulların yuyulması ittihamları irəli sürüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir.


Müttəhimlər digər maliyyə cinayətlərinə və vergilərdən yayınmağa dair ittihamları da cavablandırmalıdır. Müttəhimlər kürsüsündə həmçinin Avstriya Mərkəzi Bankının keçmiş vitse-qubernatoru Volfhanq Duchatek, Mərkəzi Bankın keçmiş şura üzvü Con Miller, "OeBS” şirkətinin marketinq, satış və idarəetmə departamentlərinin rəhbərləri də yer alır. Prosesi hakim Georq Osçak aparır.

Məhkəmədə ittiham aktını prokuror Volkert Sakmann (Volkert Sackmann) oxuyub. Prokuror bildirib ki, hər şey 2005-ci ildə "OeBS” şirkətinin Sinqapurla ziyanlı biznesindən sonra böhrandan çıxmaq üçün göstərdiyi cəhdlərlə başlayıb. "OeBS” şirkəti maliyyə böhranından çıxmaq üçün "ekzotik ölkələrlə” işləməyin yollarını axtarıb.

Həmin vaxt Azərbaycanın Mərkəzi Bankına yeni banknotların - manatın çapı üçün şirkət tapmaq lazım idi. Yeni Azərbaycan manatının dizaynını avronu dizayn edən Robert Kalina verib.

"Azərbaycan Mərkəzi Bankının xahişi ilə manat çapına dair müqavilənin nominal dəyərinin 20 faizi onlara çatmalı idi. Hansı ki, sənədlərdə bütün pulların "OeBS” şirkətinə verildiyi göstərilməli idi. Rüşvət kimi ödənilən bu pullar Azərbaycan xalqına məxsus idi. Lakin rüşvət azərbaycanlıların pullarının hesabına ödənilsə də Avstriyanın banknot çap edən şirkəti rüşvətxorluq və mənimsəməyə vasitəçilik ittihamından yaxasını kənara çəkə bilməz” - deyə prokuror Sakmann bildirib.


Avstriyanın dövlət ittihamçısı deyib ki, Azərbaycan Mərkəzi Bankı manat çapı üçün ilk dəfə iri məbləğdə müqavilə bağlayıb. Bakıdakı yüksək vəzifəli məmurların bu müqavilədən özləri üçün tələb etdiyi 20 faizlik "şapka” isə 2005-ci ilin iyul ayında ödənilib.

Lakin ittiham aktından məlum olur ki, rüşvətin Azərbaycanın Mərkəzi Bankının rəhbərlərinə ödənilməsi əvvəlcə problem olub. Prokuror bildirib ki, tərəflər problemi həll etmək üçün çoxsaylı saxta hesab-fakturalar yaradıblar və rüşvət pullarını ora köçürüblər.

"Azərbaycanlılar hərisliklə gözləyirdilər ki, müqavilənin nominal dəyərindən 20 faiz onlara geri ödənilsin. "OeBS” şirkəti isə bu əməliyyatı o vaxtkı prezidenti Volfhanq Duçatekin iştirakı və razılığı olmadan həyata keçirə bilməzdi” - deyə prokuror bildirib.


İttiham aktına görə, azərbaycanlı məmurlara rüşvətin ödənilməsi "OeBS” şirkətinin yüksək vəzifəli əməkdaşları üçün çətinlik törətdiyindən nəhayət onlardan biri iki vəkilin köməyindən istifadə etməyi qərara alıb. Hazırda həmin vəkillər də müttəhimlər kürsüsündədir. Vəkillər rüşvəti ödəmək üçün Panamada qeydiyyatdan keçmiş offşor şirkətdən istifadə etməyi təklif ediblər və bu işin əvəzində məbləğin 4 faizini özlərinə istəyiblər.

"Venkoy” adlı həmin şirkət o vaxt 73 yaşı olan, vizit kartının üzərində elektron poçt ünvanını "TigerLilly” kimi göstərən qadının adına olub.

"Necə ola bilər ki, səhmlərinin 100 faizi ölkənin Milli Bankına məxsus olan şirkət "TigerLilly” ilə biznes qursun?” - deyə prokuror sual edib.

İttiham aktında göstərilir ki, "OeBS” şirkəti Suriyanın Mərkəzi Bankı ilə də eyni sxemlə işləyib.

"Suriyalılar azərbaycanlılara baxanda daha təvazökar olublar. Onlar müqavilənin nominal dəyərinin cəmi 14 faizini geri tələb ediblər” - deyə prokuror ironiya ilə bildirib.

Müttəhimlər kürsüsündə oturanlardan biri, "OeBS” şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşı qadındır. O, istintaqa verdiyi ifadədə deyib ki, bu rüşvət sxemində yer alan azərbaycanlılardan və suriyalılardan qorxur.

"Qadın qorxur ki, onlar ondan qisas alacaqlar, çünki onlarla çoxlu təmasları olub” - deyə prokuror bildirib.

Saxta sənədlər və "şapka”nın gecikməsi...

Həmin şəxs qadına saxta "hesab-faktura” təqdim edib və pulların həmin hesaba köçürülməsini istəyib. Sənədlərdə göstərilməli idi ki, guya pullar marketinq xidmətinə görə ödənilir. Prokuror bildirib ki, pulları nəqdləşdirəndən sonra bağlanan həmin marketinq firması Dubayda qeydiyyatdan keçmişdi.

Məhkəmədə "OeBS” şirkətinin həmin qadın əməkdaşının Moskvada qaldığı oteldən göndərdiyi fakslar da nümayiş etdirilib. Prokuror bildirib ki, rüşvət pullarının bu yolla ötürülməsi riskli olub və "OeBS” şirkətinin rəhbərləri çirkli pulların yuyulması sxeminin üstünün tezliklə açılacağından ehtiyat edərək növbəti "şapka”ları gecikdiriblər.

Azərbaycan tərəfdən isə təzyiqlər artıb. Bu dəfə onlar Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətin hesablarını təqdim ediblər. Lakin "OeBS” həmin hesaba pulları köçürməyə tərəddüd edib, çünki sxemin üstü açılardısa, şirkətin beynəlxalq reputasiyasına ciddi zərbə dəyərdi.

Nəhayət, bir neçə cəhddən sonra F. iki vəkil tanışı ilə məsələni müzakirə edir. Onlar deyirlər ki, İsveçrə vətəndaşı olan yaşlı qadının adına olan "Venkoy” adlı offşor şirkət tanıyırlar və bu şirkət Panamada qeydiyyatdan keçib, "problemli” offşor köçürmələrlə məşğul olur. Həmin şirkətin Avstriyada bank hesabı var.

Qoca arvada 4 min, vəkillərə 100 min "xidmət haqqı”

Vəkillər göstəriləcək xidmətin əvəzində 4 faiz haqq tələb ediblər. Prokuror xidmətə görə yaşlı qadına 4 min İsveçrə frankı, vəkillərin isə hər birinə 100 min avro ödənildiyinə dair sübutların olduğunu bildirib.

2008-ci ildə Avstriya hüquq-mühafizə orqanları "Venkoy” şirkətinin hesabına on milyonlarla avro köçürülməsindən şübhələnir və bu bank hesabı çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində izlənilir. Nəticədə rüşvət sxeminin iştirakçıları "Venkoy” şirkətinin Bratislava (Slovakiya) və Londonda (İngiltərə) yeni bank hesablarını açırlar. Azərbaycan Mərkəzi Bankı ilə bağlanan sonrakı müqavilələrə görə "şapka”lar həmin hesablara ödənilir.

Azərbaycanlı diplomatlar və diplomat dolu pullar

"Bütün bunlardan əlavə, Azərbaycan diplomatları birbaşa qadının vətəni Rumıniyada peyda olaraq pulların "dərhal və nağd” ödənilməsini tələb ediblər. Nəticədə pullar "Stephansplatz” şirkətinin istehsalı olan plastik "meşok”lara doldurularaq Bakıya göndərilib” - deyə prokuror bildirib.

Pullar Mərkəzi Bankda kimlərin cibinə gedib?

Bugünkü məhkəmə prosesindən çoxsaylı Avstriya KİV-ləri və beynəlxalq agentliklər geniş reportajlar veriblər. Virtualaz.org saytı bu KİV-lərə istinadən xəbər verir ki, prokuror Sackmannın çıxışı sensasion detallarla zəngin olub.

Prokuror deyib ki, Azərbaycan Mərkəzi Bankı ilə "OeBS” şirkəti arasında bağlanmış müqavilələrə görə 20 faizlik "şapka” manat çapı sifarişi üçün müqavilənin nominal dəyərinin "OeBS” şirkətinin hesabına köçürülməsindən az sonra Bakıya - Mərkəzi Banka geri qayıdırdı.

Lakin rüşvət pullarının Mərkəzi Bankda konkret kimlərin cibinə getdiyini prokuror da sübut etmək imkanında deyil.

"Lakin bu rüşvəti alanlar Azərbaycan Mərkəzi Bankının imicinin zədələnməsinə öz töhfələrini vermiş oldular” - deyə prokuror bildirib.


Rüşvət sxeminin əsas fiquru hər şeyi etiraf edir

Həmçinin rüşvət sxemində danışıqları aparan və "şapka”nın offşor hesablara köçürülməsini təmin edən əsas fiqurun - "OeBS” şirkətinin marketinq şöbəsinin keçmiş rəhbərinin adı da məlum olub. Əslən Rumıniyadan olan bu qadının adına "Kurier” qəzeti yer verib - Raluca T.

Raluca T. istintaqa ifadəsində ona qarşı irəli sürülmüş ittihamları tam qəbul edib və rüşvət sxeminin necə işlədiyini açıb. Lakin qadın keçmiş biznes-partynorlarından, yəni Azərbaycan və Suriya məmurlarından qorxduğunu gizlətmir. Qadın deyir ki, keçmiş biznes-partnyorları onun əlindən zəncir çeynəyir.

Mərkəzi Bank işçilərinin xanımları üçün qiymətli hədiyyələr

Raluca T. istintaqa ifadəsində deyib ki, azərbaycanlılar "şapka” pullarının köçürülməsi üçün ona Panamada və Seyşel adalarında qeydiyyatdan keçmiş çoxsaylı offşor şirkətlərin siyahısını təqdim ediblər. Onlar pulların bu şirkətlərin hesabına köçürülməli olduğunu deyiblər.

Prokuror məhkəmədə deyib ki, rüşvət formasında "sellofan meşoklarla dolu” nağd pullarla yanaşı "Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının arvadları üçün” bahalı hədiyyələr göndərilməsi halları da olub.

Qalmaqallı məhkəmənin ilk iclası vəkillərin müdafiə xarakterli çıxışları ilə başa çatıb. Məhkəmə prosesinin növbəti iclası fevralın 19-na təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA