Universitetdə tədqiqat: Texnoparkların sahibkarlarlara təsiri

img

14-02-2014 [09:51]



Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tədqiqat qrupu Qafqaz universitetində texnoparkların innovativ sahibkarlığı stimullaşdırmasındakı rolunu beynəlxalq təcrübədə təhlil edərək apardığı tədqiqatın nəticələrinin təqdimatını keçirib. 

Qafqaz Universitetindən mia.az-a daxil olan məlumaa görə, tədqiqat Avropa, Asiya və Postsovet ölkələri arasından seçilmiş Finlandiya, İsveç, İtaliya, Türkiyə, Yunanıstan,Tayvan, Yaponiya, Sinqapur, Rusiya və Qazaxıstanın təcrübələrini öyrənib: "Tədqiqatın nəticələri Qafqaz Universitetinin fakultə nümayəndələri ilə paylaşıldı. Təqdimatda, həmçinin QUTexnopark(Qafqaz Universiteti Texnoparkı) idarə heyətinin sədri Dr.Şahin Durmaz, QUTexnoparkın direktoru Dr. İsa Qasımov və ABŞ əsaslı konsaltinq şirkətinin(J.E. Austin Associates, Inc.) nümayəndəsi cənab Mike Ducker də iştirak edib".

Məlumatda bildirilir ki, tədqiqatda texnoparkların qurulmasında dövlət dəstəyinin vacibliyi bildirilməklə, yeni texnologiya əsaslı şirkətlərin qurulmasının stimullaşdırılmasında texnoparklara qanuni və təşkilatı dəstəyin mövcudluğunun və həmçinin effektivliyinin əhəmiyyəti vurğulanıb. Əlavə olaraq, fərqli ölkələrdəki fərqli texnoparkların həcmi, maliyyə mənbələri, tərkibindəki şirkətlərin böyüklüyü və ixtisaslaşdığı sahələr kimi xüsusiyətlər də həmçinin tədqiqatın əsas obyekti olub:

"Digər ölkələrdəki texnoparkların uğur göstəriciləri təhlil edilib və bu göstəricilərə texnoparkdakı şirkətlərin aldığı patentlərin sayı, gəlirlərinin artım səviyyəsi və işçilərinin sayı daxil edilib.Təqdimatın sonunda, iştirakçılara yekun və məsləhətlər təqdim olunaraq sual cavab hissəsinə keçilmişdir. Daha sonra beynəlxalq təcrübəni istifadə etməklə Azərbaycanda texnoparkların inkişafı strategiyasının formalaşdırılmasını necə etmək olar sualı ətrafında müzakirə aparılmaqla təqdimat sona çatmışdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA