Milli Məclisin Aqrar siyasət komitəsi toplandı: nələr müzakirə olunub?
21-09-2021 [14:26]
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açan komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə iki məsələ - Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi daxil edilib.
2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə məlumat verən komitə sədri bildirib ki, ötən dövr Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə olunan Zəfərin nəticələri və sevinci ilə müşayiət olunub. Qeyd olunub ki, ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibətdə komitə üzvləri fəallıq göstərib, KİV-də, sosial şəbəkələrdə və iştirak etdikləri tədbirlərdə ölkənin və regionun aktual məsələləri ilə bağlı fikirlərini bildiriblər, milli maraqlarımızın müdafiəsi ilə bağlı prinsipial mövqe nümayiş etdiriblər.
Hesabat dövründə komitənin 13 iclası keçirilib və 17 məsələ müzakirə olunub. Bundan başqa, aqrar sektorun inkişafı və perspektivləri ilə əlaqədar komitə üzvləri müvafiq dövlət qurumları ilə əlaqə saxlayıblar, müxtəlif konfrans, yığıncaq və tədbirlərdə, mətbuat səhifələrində rəy və təkliflərlə çıxış ediblər. Hesabat dövründə komitənin ünvanına daxil olan ərizə və müraciətlər araşdırılıb, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb.
Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il payız sessiyası üçün iş planı haqqında bildirib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.
Sonra deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin, xüsusən də həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması ilə bağlı mühüm qərarlar və qanunlar qəbul olunub. Qeyd olunub ki, komitə üzvləri öz seçiciləri ilə xüsusi karantin rejiminin tələblərinə uyğun daimi əlaqə saxlayıblar, şəhid ailələri ilə, qazilərlə görüşüblər, onların problemləri ilə yaxından maraqlanıblar.
İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar İqbal Məmmədov və Emin Hacıyev də iştirak ediblər
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi