İş adamının qalmaqallı məhkəməsi: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu”
20-09-2021 [18:20]
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Mia.az "Report"a istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə 2006-2017-ci illərdə "İdeal"da işləmiş Həbib Qarayev dindirilib.
O bildirib ki, əvvəl mağazada inzibatçı kimi çalışıb: “Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olmuşam”.
Şahidin sözlərinə görə, bəzən də kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait veriliib və tapşırığı icra edib: "Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün pul şirkət üçün götürülən kreditlər İlqar İsmayılovun adına idi. Kreditlərin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim".
Daha sonra H.Qarayevə bankdan götürülən və "İdeal"ın kassasına mədaxil edilən 939 min dollar barədə qəbz təqdim olunub. H.Qarayev sənəddəki imzanın ona məxsus olduğunu təsdiqləyib.
H.Qarayev ifadəsində deyib ki, o, digər təsisçiyə çatası gəliri dəfələrlə aparıb, onun nümayəndəsi Fuad Əliyevə təqdim edib: "Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu”.
Daha sonra hakim elan edib ki, ittiham tərəfin şahidlərinin dindirməsi başa çatıb.
Ardınca vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıb. İlk vəsatət digər təsisçisinin dindirilməsi olub.
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkillərin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Fuad Əliyev olub.
Vəsatət təmin olunmayıb.
Vəkillər həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb.
Vəkil vurğulayıb ki, o zaman da iş adamı eyni ittihamla həbs olunub: "Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub".
Məhkəmə bu vəsatəti də təmin etməyib.
Vəkil İlhamə Həsənova bildirib ki, məhkəmə heç bir vəsaiti təmin etmədiyinə görə, məhkəmə tərkibinə yazılı etiraz təqdim edəcəklər.
Hakim isə söyləyib ki, vəkillər etirazı növbəti prosesdə təqdim edə bilər.
Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi