Qərib Məmmədovdan yeni ittiham

img

12-02-2014 [12:39]



Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktından narahatdır.

Trend xəbər verir ki, Komitənin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması halları var: "Mən bunu mütəmadi olaraq deyirəm. Bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir".

Q.Məmmədov deyib ki, bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil: "Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona o, sənəd sayılır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA