11-02-2014 [22:19]
Bir avropalı yazarın, fikir adamının, siyasi xadimin həyatı ilə maraqlanırsan, qarşına otuz mənbə çıxır. Anası yazıb, bacısı yazıb, həyat yoldaşı yazıb, dostu yazıb, lisey yoldaşı yazıb...
Biz isə cəmisi yüz il bundan əvvəl yaşamış klassiklərimizin həyatlarından xəbərsizik. Çox az mənbə var. Folklor səviyyəsində söhbətlər gəzir. Bu yazı mədəniyyətinin olmamasınınənəticəsi idi. Yaza bilən adamların sayı barmaqla sayıla bilərdi.
Yaxınlarda H.Malonun "Ailəsiz" romanını oxudum. Roman 1878-ci ildə nəşr olunub. Fransua Moriakin ən sevdiyi əsərlərdən biridi.
Moriakin xatirələrini oxudum. Təsadüfən "Ailəsiz" romanı bukinistdə qarşıma çıxdı. Aldım və oxudum. Gözəl əsərdi. Müəllif uşaq diliylə necə yaşamaq lazım olduğunu öyrədir. Öyrədir ki, insan niyə heyvan-ları sevməli, niyə kitab oxumalı, niyə zəhmətə qatlaşmalıdı. Əsər Azərbaycan dilində 1958-ci ildə nəşr olunub.
Nəyi demək istəyirəm, 1878-ci ildə bu roman fransada nəşr olunanda bizim heç jurnalımız yox idi. Daha başqa faktları sadalamıram. Adamların çoxu yerin altında qazmalarda yaşayırdı. Şeyxin atının sidik axıtdığı yeri öpürdülər. İnanırdılar ki, yer öküzün buynuzunda yerləşir. Yaxşı, tutaq ki, o vaxt adamlar savadsız idi. Oxuma-yazma bilmirdilər, bəs indi?
Təəssüflər olsun ki, yazı mədəniyyətimiz hələ də formalaşmayıb. Hər il may ayının əvvəlində Rəhim Qazıyev qəzetlərə müsahibələr verməyə başlayır. Hər il Rəhim Qazıyev müsahibələrində and-aman edir ki, Şuşanı ermənilərə o satmayıb. Sübut etməyə çalışır ki, "əgər Şuşa getsə, başıma güllə vurub, özümü öldürəcəm",- sözün deməyib. A kişi, otur birdəfəlik kitab yaz, adamlar da oxusun. Nəinki Rəhim Qazıyev, özünü ciddi siyasətçi hesab edənlər də kitab yazmayıb. İsa Qəmbərin hələ də kitabı yoxdu. Zori Balayana yazdığı məktubun üstündədi. Halbuki yazmalı idi. Özü də birini yox, bir neçəsini. Özü yazmamağı bir tərəfə, heç ətrafındakıların da kitab oxumasının, yazı yazmasının qeydinə qalmayıb. Ətrafındakı gənclər Rəsulzadənin, Çəmənzəminlinin, Cabbarlının əsərlərindən xəbərsizdir. Halbuki bu şəxslərin əsərlərinin təbliğ olunması məhz bir partiya kimi Müsavatın mənəvi borcudur. Müsavat Partiyası Rəsulzadənin, Cabbarlının, Çəmənzəminlinin əsərlərini təkrar-təkrar nəşr etdirib, davamlı təqdimatlar keçirməli idi.
Eyni sözləri Əli Kərimli haqqında da yazmaq olar. Ə.Kərimlinin də kitabı yoxdu. Kitab yazmayıb. Halbuki yazmalı idi. Özü də birini yox, bir neçəsini. Əli Kərimli nəinki kitab yazmayıb, heç ətrafındakı gənclərin də kitab oxumasının qeydinə qalmayıb. Əslində isə cəbhə bir partiya olaraq kitabla silahlanmalı idi.
Siyasətə iddia edən gənc siyasətçilərin də kitabı yoxdu. Erkin Qədirli hələ ki Təhsil naziri ilə dost olmasıy-la fəxr etməkdə, sosial şəbəkələrdə statuslar yazmaqdadı. Halbuki Erkin müəllim artıq kitab müəllifi olmalı idi.
Altay Göyüşovun da kitabı yoxdur. Altay müəllim də çoxdan kitab müəllifi olmalı idi.
Dostum Elmir Mirzoyevin də kitabı yoxdu. Halbuki Elmir müəllim kimi intellektual bir insanın kitab yazmaması böyük qəbahətdir. Bu, bağışlanılmazdır.
Ən böyük günahlardan biri də bildiyin halda paylaşmamaqdı. Çox istərdim ki, adlarını sadaladığım adam-lar yaxın vaxtlarda yazı mədəniyyətinin formalaşmasına öz töhfələrini versinlər.
Bizim klassik müxalifət liderləri Zərdüşt Əlizadəni bəyənmirlər. Zərdüşt bəyi faktları öz xeyrinə dəyişdirməkdə günahlandırırlar. Bilmirəm. Söhbət çox qarışıqdı. Bir onu deyə bilərəm ki, İsa Qəmbərdən, Əli Kərimlidən və digərlərindən fərqli olaraq, Zərdüşt Əlizadə kitab yazıb və uzun müddət müxtəlif mətbu orqanlarda yazılarla çıxış edib. Əgər sabah bir nəfər o kitablara və yazılara əsaslanaraq nəsə yazsa, nəsə desə, inciməyin...
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib